3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Ölkə futbolu

Rəşad Sadıqovun 7-ci çempionluğu

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov öz rekordunu yeniləyib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi karyerasında 7-ci dəfə Azərbaycan çempionu olub. Ardıcıl 5 dəfə (2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18) Ağdam klubu ilə çempionluq sevinci yaşayan təcrübəli futbolçu 2003-04 və 2004-05-ci il mövsümü “Neftçi”də çıxış edərkən də qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli çempionatlar tarixində ən çox çempionluq qazanan futbolçu Mahmud Qurbanovdur. Karyerasını başa vuran Qurbanov 11 dəfə ölkə çempionu olub (3 dəfə “Kəpəz”, 2 dəfə “Şəmkir”, 3 dəfə “Neftçi”, 1 dəfə “Xəzər Lənkəran”, 1 dəfə “İnter”, 1 dəfə “Bakı”nın heyətində).

 


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30