Ölkə futbolu
Elxan Məmmədov: "Qurban Qurbanovun maaşını açıqlaya bilmərəm"
Bu gün “Boulvard Hotel”də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, yığıncaqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.
- İclasda hansı məsələlər müzakirə edildi?
- Yeddi məsələ müzakirə olundu. Futzal Federasiyasının hesabatı dinlənildi. AFF prezidenti Zaur Axundov Avropa çempionatında yığmamızın çıxışı və gələcək planlarla bağlı hesabat verdi. Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandasının baş məşqçisi təyin edildi. Danışılmış oyunlarla bağlı müzakirələr oldu. UEFA-dan yeni sənədlər daxil olub. İcraiyyə Komitəsinin üzvlərinə həmin məxfi sənədləri təqdim etdik. Bu müzakirələrdə UEFA nümayəndələri də iştirak etdilər. Bu problemlə mübarizəmizi davam etdirəcəyik. Daha bir məsələ təqaüdlərlə bağlıdı. Yeni 6 nəfərə təqaüd veriləcək. İcraiyyə Komitəsində bir nəfər çatmırdı. Zaur Hacı Məhərrəmov həmin posta seçildi. Nəhayət, Media Komitəsi ilə müzakirələr aparıldı. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla geniş məruzə etdi. Bundan sonra İcraiyyə Komitəsi Media Komitəsinin fəaliyyətini davam etdirməsini qərarını verdi. Lakin bir sıra tövsiyələr oldu ki, daha səmərəli iş üçün MK fərqli formatda fəaliyyət göstərsin. Aprel ayında təkliflər müzakirə ediləcək.
- Xeyli müddətdi danışılmış oyunlarla bağlı söz-söhbət gəzir. Avropa praktikasında bu var ki, Premyer Liqa klublarının ikinci komandaları aşağı divizionda təmsil olunur. Əvəzedicilərin çempionatını ləğv edərək, analoji addımı atmaqla problemi yerli-köklü çözmək olmazmı?
- Bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. İndi bizə klubların da mövqeyi maraqlıdı. Klublar Komitəsində bu məsələ müzakirə olunacaq. Bu, həm də xərclərin azaldılması baxımından faydalıdı. Ancaq bizə milli komandamızın baş məşqçisinin fikri də önəmlidi. Onunla da bu mövzuda müzakirə aparmışıq.
- Hesab etmirsiniz ki, Klublar Komitəsinin nüfuzu aşağıdı?
- Biz, AFFA olaraq bir platforma yaratdıq. Klubların gücü olmalıdı ki, bu platformanı icra etsin. İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək mövzuları əvvəlcə klublarla məsləhətləşirik.
- Rövnəq Abdullayevin yoxluğu nə ilə bağlıdı?
- AFFA prezidentinin sıx qrafiki bugünkü tədbirdə iştirakını əngəllədi. Eyni zamanda, Rövnəq müəllim qeyd etdi ki, bir müddət əvvəl “Bayıl Arena”da media mənsublarının qarşısına çıxıb və bu müddət kəsiyində qlobal hadisələr baş verməyib.
- Dəhlizdə Rövnəq Abdullayev Riad Rəfiyevi “Sumqayıt”a prezident təyin olunması ilə bağlı təbrik etdi...
- Gizlətmirəm, “Sumqayıt”ın prezidenti vəzifəsinə 3 namizəd var. Bu siyahıda Riad Rəfiyev də var. “Sumqayıt” klubundan təklif aldığını özü deyib. Ancaq AFFA-nın hazırki və bir sabiq əməkdaşı da təklif alıb. Bir qədər fərqli yanaşın. Bu gün “CBC Sport”un əməkdaşları hansısa klubdan təklif alanda demirsiniz ki, telekanal rəhbərliyi öz adamını harasa təyin etdirdi. Ancaq AFFA-nın hansısa əməkdaşı bir yerdə vəzifə alırsa, deyirlər ki, Assosiasiya öz adamını filan yerə göndərdi. Əbədi heç nə yoxdu. Hər kəs iş yerini dəyişə bilər.
- 7 il “Sumqayıt”da can qoymuş Kamran Quliyevin “Neftçi”nin prezidenti təyin olunması ideyası kimə məxsusdu?
- Bu, Kamran Quliyevin qərarıdı. “Neftçi”dən təklif alıb və yəqin ki, götür-qoy edərək belə qərar verib.
- Millimizin baş məşqçisi Qurban Qurbanovun məvacibini açıqlaya bilərsinizmi? Onun maaşı keçmiş baş məşqçi Robert Prosineçkidən çoxdu, yoxsa az?
- Bunu açıqlaya bilmərəm. Çünki tərəflərin belə tələbi var ki, məxfilik qorunmalıdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























