Ölkə futbolu
2 il əvvəl "Neftçi"ni, indi də "Səbail"i məğlub edən Akrapoviç: "O, əfsanədi"
Yoxlama oyununda “Səbail”ə 3:1 hesabı ilə qalib gələn Plovdivin “Lokomotiv” klubunun baş məşqçisi Bruno Akrapoviç qarşılaşmadan sonra Futbolxeber.az saytına müsahibə verib.
- Qarşılaşma barədə nə deyə bilərsiz?
- Maraqlı oyun alındı. İlk hissədə “Səbail” yaxşı təsir bağışladı. Onlar aqressiv oyun sərgiləyirdilər. Xüsusən də cərimə meydançamızın yaxınlığında bizə xeyli təhlükə yaşatdılar. Bu səbəbdən də hesabda geri düşdük. Amma fasilədən sonra vəziyyət dəyişdi. Cinahlarda fəallığı artırdıq. Sürəti də yüksəltdik. Məhz cinahdan ötürülən toplar sayəsində rəqib qapısına yol tapdıq. 3 qol vurmaqla oyunun gedişatını öz xeyrimizə dəyişə bildik. İlk hissədə məhz bu məqam istədiyimiz oyunu göstərməyimizə mane olurdu.
- Özünüz də qeyd etdiniz ki, fasilədən sonra “Səbail”i üstələdiniz. Bunu nə ilə əlaqələndirmək olar: rəqibin gücü tükəndi, yoxsa siz ikinci hissədə təzyiqi artırdınız?
- Məncə, biz daha yaxşı oynadıq. Həmkarımın hazırlıq planı ilə tanış deyiləm. Bəlkə də “Səbail” səhər məşq edib, bu səbəbdən də ikinci hissədə istədikləri kimi oynaya bilmədilər. Bunu dəqiq deyə bilmərəm.
- Deyəsən, qırğız hakimlərin idarəçiliyi sizi narazı saldı. Xüsusən də ilk yarıda meydanda tez-tez gərginlik yaşanırdı.
- Bəli, hakim bir neçə epizodda düzgün qərar qəbul etmədi. Onun yanlış qərarları oyunçuları aqressivləşdirirdi. Belədə futbolçulardan kimsə ciddi zədə ala bilərdi. Bu isə nə bizə lazım idi, nə də “Səbail”ə. Hər iki komanda oyunun fair-play ab-havasında keçməsinin tərəfdarı idi.
- Sonuncu dəfə Azərbaycan klubuna nə zaman qalib gəldiyinizi xatırlayırsınız?
- Əlbəttə, xatırlayıram. 2016-cı ilin yayında Avroliqada “Neftçi” ilə üz-üzə gəlmişdik. Bakıda keçirilən matçda qapılara qol vurulmamışdı. İkinci oyunda isə 1:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə adlamışdıq. “Neftçi” ilə oyunlarımızın çox çətin alındığını xatırlayıram.
- Skopyedə qələbə qazandığınız görüşdə start heyətində yer alan Fəhmin Muradbəyli, eləcə də adı protokola daxil edilən Rahil Məmmədov, Kamal Qurbanov və Aqşin Qurbanlı bu gün “Səbail” formasında komandanıza qarşı oynadılar...
- Sözün açığı, həmin oyunçuları xatırlamadım. Amma deyə bilərəm ki, o zaman “Neftçi”nin heyətində yaxşı futbolçular var idi.
- Siz bosniyalısız və bu yaxınlarda daha əvvəl Azərbaycan millisini çalışdıran Robert Prosineçki Bosniya və Hersoqovina yığmasının baş məşqçisi təyin edildi. Bu təyinata münasibətiniz necədir?
- Prosineçki canlı əfsanədi. Onun təyinatına çox sevindim. Əminəm ki, o, Bosniya millisinə uğur qazandıracaq. Futbolçu kimi böyük uğurlar qazanan Robertonun təyinatının hər iki tərfə üçün uğulu olacağını düşünürəm.
İbrahim CƏFƏROV, Antalya
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























