12 Yanvar 2026, Bazar ertəsi
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
"Qarabağ" da Türkiyəyə getdi
"Zirə" Antalyaya yollandı
"Sumqayıt" "Pakş"a məğlub oldu

Ölkə futbolu

“Səbail” “Lokomotiv”ə uduzdu

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Futblxeber.az saytının məlumatına görə, Samir Əliyevin komandası  Bolqarıstanın “Lokomotiv” klubu ilə qüvvəsini sınayıb. Matç təmsilçimizin 1:3 hesablı yenilgisi ilə başa çatıb.

İlk yarıda Vüqar Nadirov hesabı açsa da, ikinci yarıda bolqarlar 3 qol vurublar.

Qeyd edək ki, Bolqarıstan Yüksək liqasında çıxış edən Plovdiv təmsilçisi hazırda 23 xalla 14 komanda arasında 9-cu yerdədir.

Əlavə edək ki, “Səbail” buna qədər Türkiyədə 2 yoxlama görüşü keçirib. Premyer Liqanın debütantı “Çernomorets”lə (Ukrayna) 0:0, “Napredak”la (Serbiya) isə 1:1-lik bərabərə qalıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31