6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Qəbələ"dən qolsuz heç-heçə

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumat görə, “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib.

Qəbələdəki hazırlıqları başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. I divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da baş tutub. Qarşılaşma qolsuz sülhlə nəticələnib - 0:0.

Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcək. Ayın 21-də komanda daha bir yoxlama matçı keçirəcək. Emin İmaməliyevin komandası “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə baş tutan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə I divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31