7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Keşlə" yamaykalı hücumçu alır

"Keşlə" Finlandiyanın yüksək liqasında yarışan VPS klubunun hücumçusu Andre Klennonla anlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qol.az-a futbolçu özü açıqlama verib.

Yamaykalı forvard karyerasını Azərbaycanda davam etdirəcəyini bildirib. Ancaq 28 yaşlı futbolçu müqavilə detallarını açıqlamayıb.

Qeyd edək ki, peşəkar karyerasına 2009-cu ildə ölkəsinin "Voterhaus" klubunda başlayan futbolçu 3 il sonra Vyetnamın "Lamb Donq" komandasına keçib. Növbəti mövsümdə yenidən doğma klubuna qayıdan hücumçu 2013-cü ildə ölkəsinin digər təmsilçisi "Arnett Qardens"ə (35 oyun, 9 qol) transfer olunub. 2015-ci ildən isə VPS klubunun (29 oyun, 7 qol) şərəfini qoruyur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30