8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

AFFA-dan “Zirə” və Krnetaya sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” - “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Zirə” klubunun 23 №-li futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” - “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31