Ölkə futbolu
Prezident İlham Əliyev: “Bu, Azərbaycan futbolunun böyük qələbəsidir”
Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Futbolxeber.az saytı “Azərtac”a istinadən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışını təqdim edir:
- Əziz dostlar, 2017-ci il başa çatır. Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirmişlər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.
Bu il bir çox idman qələbələrimiz olubdur. Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olmuşlar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir.
Bu il bizim iki idmançımız - Məmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olmuşlar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir.
Azərbaycan idman məktəbinin yetirməsi - azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olmuşdur. Bu da tarixi qələbədir.
Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərmişlər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etmişdir. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etmişdir.
Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda, futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək.
Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdir. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.
Əlbəttə ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri olmuşdur. Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, əminəm ki, onlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar. Burada keçirilən Oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq iştirak edib və Azərbaycan həqiqətləri ilə tanış oldular.
Mən sadəcə olaraq bir neçə önəmli idman hadisəsini diqqətinizə çatdırdım. Ancaq qələbələrin sayı çox olubdur. Qeyd etdiyim kimi, 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər.
Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir. Onu da qeyd etməliyəm ki, bu il ikinci dəfə olaraq Bakıda “Formula-1” yarışı keçirilmişdir. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artmışdır. Əlbəttə, bunun səbəbləri təkcə “Formula-1” yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür.
Beləliklə, təkcə sadaladığım bu hadisələr, bu qələbələr deməyə əsas verir ki, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılmışdır. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılmışdır ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır.
Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcəklər. Bütün bu uğurların səbəbləri aydındır. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni, bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidir, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdır və idmanın kütləviliyinin təmin olunmasıdır. Regional Olimpiya mərkəzlərinin tikintisinin səbəbi də məhz budur ki, idman kütləvi xarakter alsın.
Mən hər zaman idmançılarla görüşəndə qeyd edirəm ki, hər bir insan idmanla məşğul olmalıdır. Fiziki sağlamlıq hər bir insan üçün çox önəmlidir. Biz son illər ərzində bu istiqamətdə bir çox vəzifələri icra etdik. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Dövlət tərəfindən təşkil olunan dispanzerizasiya, müayinədənkeçmə işləri aparılır. Hər il beş milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Ekoloji vəziyyət yaxşılaşır, təmiz içməli su layihələrinin icrası geniş vüsət almışdır. Əlbəttə ki, fiziki hərəkət sağlamlıq üçün əsas amillərdən biridir. İdmanın kütləviliyi idman nəticələri əldə etmək üçün yox, sadəcə olaraq, ona görə vacibdir ki, hər bir insan özünü yaxşı hiss etsin.
Mən şadam ki, gənc idmançılarımız da bizi qələbələrlə sevindirirlər. Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil. Gənc nəsil də yetişir, artıq yarışlara çıxır, qələbələr qazanır və beləliklə, idman uğurlarımızın ardıcıllığı təmin olunur. Əgər biz iştirak etdiyimiz bütün yay Olimpiya oyunlarının nəticələrinə fikir versək görərik ki, hər dəfə daha böyük sayda medallar qazanırıq. Yəni, idmançıların hazırlığı, gənclərin, yeniyetmələrin idman bölmələrinə gəlmələri bu nəticəni təmin edir. Son Rio Yay Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü yerə qalxmışdır. Bu, tarixi qələbədir. Bu qələbəni bir neçə il bundan əvvəl təsəvvür belə etmək mümkün deyildi. Bu qələbəni biz cəmi 25 il ərzində qazanmışıq. Yəni, müstəqilliyimizin 25 illiyinə təsadüf edən Rio Olimpiya Oyunlarında biz belə böyük qələbəni qazanmışıq və müstəqilliyimizə bunun çox böyük töhfəsi olmuşdur. Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda idman yüksək səviyyədədir. Əgər idman nəticələrinə fikir versək görərik ki, əksər hallarda idman ancaq inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir. Çünki idmanın inkişafı üçün böyük vəsait lazımdır.
Ona görə idmanın inkişafı inkişafımızın ümumi kontekstində mühüm yer tutur. Azərbaycan hər bir istiqamət üzrə son illər ərzində uğurlu inkişaf yolu keçmişdir. Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə, gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları tanısın və onlara hörmət etsin.
Ona görə bu gün idmana sadəcə olaraq bir sahə kimi baxmaq mümkün deyil. İdman hər bir ölkənin ictimai həyatında çox böyük rol oynayır. Təsadüfi deyil ki, ölkələr çalışırlar beynəlxalq yarışlarda, dünya çempionatlarında, xüsusilə Olimpiya oyunlarında daha yüksək yer tutsunlar. Çünki bu, ölkələrə daha böyük şöhrət gətirir. Əgər İslam Həmrəyliyi Oyunlarının tarixçəsinə nəzər salsaq görərik ki, nə qədər gərgin mübarizə getmişdir. Eyni zamanda, Avropa Oyunlarında da gərgin mübarizə getmişdir. Əlbəttə ki, bu iki mötəbər yarışda birinci, ikinci yerləri tutmaq bizim tarixi qələbəmizdir.
İdmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır. Bu il biz, eyni zamanda, Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd etdik. Bu tədbirdə də mən öz fikirlərimi bildirdim. Bundan sonra da Azərbaycan dövləti idmançılara öz qayğısını əsirgəməyəcək, idmanın inkişafı üçün nə lazımdısa biz onu da edəcəyik. İdmançılara isə yeni-yeni qələbələr, yeni uğurlar arzulayırıq.
Mən bu fürsətdən istifadə edərək, - biz hər il ilin sonunda görüşürük, - bütün idmançıları qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istəyirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- "Neftçi"dən böyük hesablı qələbə
- “Zirə”də gözlənilməz ayrılıq
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
21:39
"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
-
21:17
"Şəfa" rəhbərliyi komandanın məşqində
-
20:24
Slavik Alxasov I Liqa klubuna keçdi
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
-
17:35
Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib
-
17:16
"Trabzonspor" Salahla müqavilə imzaladı
-
16:51
"Kürü keçək?! 5"də rekord sayda üzgüçü
-
16:28
AFFA rəsmisinə UEFA-dan təyinat
-
16:02
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
-
15:49
"Turan Tovuz" serbiyalı müdafiəçi transfer etdi
-
14:37
Vera Klimoviç Azərbaycan klubunda
-
14:14
"Araz-Naxçıvan" Slavik Alxasovla yollarını ayırıb
-
14:00
DÇ-2018-in qalibi: “Qəbələdə meydançalar əladır”
-
13:23
“Qarabağ” akademiyasında məşqçi təyinatları
-
12:55
Dünya çempionatından sonra "More Than Medals World" layihəsinə start verilib
-
12:16
Sabiq “Araz-Naxçıvan”lı: “Buna görə də “Qarabağ” “Dinamo”ya qarşı daha əsəbi olacaq”
-
11:31
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışa çıxır
-
11:08
"Nyukasl"ın yeni baş məşqçisi müəyyənləşdi
-
10:42
Salahı Trabzonda 25 min azarkeş qarşıladı
-
10:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:17
"Fənərbaxça" "Şturm"u məğlub etdi VİDEO
-
09:54
"Mingəçevir"də yeni baş məşqçi
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
-
15:21
Dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacağıq
-
14:37
"Kəpəz"də yeni müqavilə
-
14:05
“Turan” heyətini kubalı voleybolçu ilə gücləndirib
-
13:52
Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
-
13:16
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
-
12:48
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
-
12:23
Zamiq “Şemrok Rovers”ə qarşı oynadı
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
07.08.2026
06.08.2026
05.08.2026
04.08.2026
























