5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

"Qarabağ"dan mövsümün rekordu

“Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb.

6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir. Bunadək də  rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.    








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31