7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Samir Əliyev: “Qoy, buna hakimlər komitəsinin sədri qiymət versin”

Topaz Premyer Liqasının XIII turunda “Səbail” səfərdə “Sumqayıt”la qolsuz bərabərə qalıb.

Futbolxeber.az saytının məlumatına görə, Əliyev oyunsonrası mətbuat konfransında bunları deyib:

“Gözəl oyun sərgiıləyən komandaya qarşı oynadıq. Hər ikitərəfin qol şansları oldu. Ona görə istəniıən nəticə qeydə alına bilərdi. Uşaqlardan da, göstərilən oyundan da razı qaldım. Səfərdə “Sumqayıt”dan xal almaq yaxşı nəticədir.

- Rəqib müdafiəçi Bəhlul Mustafazadə komandanızın üzvü Popoviçini yıxdığı epizodda hər kəs qırmızı vərəqə gözləsə də, hakimin fiti susdu...

- Hakimlik haqda danışmaq istəmirəm. Komitənin sədri var, qoy, o buna qiymət versin. Qıraqdan hər şey görünür. Bilmirəm ki qəsdən etdi, ya bilməyərəkdən.

- Elman Taqayev son vaxtlar zəif təsir bağışayır. Bunun səbəbini nədə görürsüz?

- O, bir müddət əvvəl zədələnişdi. Hələ ki, meydana çıxmaq üçün tam hazır deyil. Məcburiyyətdən meydana buraxırıq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30