15 Avqust 2026, Şənbə
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Ölkə futbolu

Simeone: "Roma”nın “Qarabağ”la oyunda xal itirməsini gözləməliyik"

"Bizim üçün əhəmiyyətli oyun idi. Qarşılaşma ərzində fəal idik. Vacib qələbə qazandıq. Bunun sayəsində növbəti mərhələyə adlamaq şansımız qalmaqdadır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, bu matçın Romadakı ilk qarşılaşmadan elə də fərqlənmədiyini bildirib: "Sadəcə  bu dəfə istədiklərimizi reallaşdırdıq. Qrizmann və Qameyro əlinə düşən imkanlardan istifadə etdilər. Qələbə bizə lazım idi və bunu bacardıq".

Argentinalı mütəxəssis bildirib ki, sonuncu turda keçiriləcək “Roma” - “Qarabağ” görüşünün nəticəsi  onlar üçün önəmli olacaq: "İndi Londonda qalib gəlməli və “Roma”nın “Qarabağ”la görüşdə xal itirməsini gözləməliyik. Başqa variantımız yoxdur”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31