6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Neftçi"dən maraqlı seçim

"Neftçi" Topaz Premyer Liqada son 4 oyunda komandanın vurduğu ən yaxşı qolu seçmək üçün azarkeşləri arasında sorğu keçirib. Azarkeşlər daha çox Rəhman Hacıyevin son oyunda "Sumqayıt"a vurduğu qolu qeyd etsə də, klub maraqlı seçim edib.

Futbolxeber.az saytının məlumatına görə, klubun rəsmi "Facebook" səhifəsində bununla bağlı bildirilib:

"Son 4 oyunun ən yaxşı qolunu seçmək üçün dəyərli vaxtını ayırıb rəy bildirən hər bir neftçisevərə minnətdarıq. Səs çoxluğu Rəhman Hacıyevin "Sumqayıt"la son oyunda vurduğu mühüm qolun tərəfində idi. Amma İqnasio Erreranın "Səbail"lə qarşılaşmadakı estetik qolu, Derlis Meza Kollinin qələbə seriyamızı başlayan gözəl zərbəsi, kapitan Ruslan Abışovun basketbol termini ilə desək "üçxallığı" və son qələbələrimizi gətirən bütün qollar azarkeşlərimizin diqqətindən yayınmadı. Hər bir azarkeşimizə hörmət əlaməti olaraq qələbə seriyamızda vurduğumuz qolların hamısını "ən yaxşı" seçdik.

Bu qollarda və bu qolların gətirdiyi qələbələrdə payı olan bütün futbolçularımıza təşəkkür edirik!

Qələbələrimizin davamı gəlsin!"








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31