30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

“Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirilib.
 
Futbolxeber.az xəbər verir ki, sentyabrın 22-də baş tutacaq matç “Kapital Bank Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Görüş isə elə saat 19:00-da start götürəcək.
 
Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür. 
 
Qeyd edək ki, VI turda meydan sahibi “Qarabağ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” klubu olacaq. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30