4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Laqerbek: "Azərbaycanla oyuna xüsusi əhəmiyyət veririk"

Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində növbəti matçda rəqibi olan Norveçlə yığmasının baş məşqçisi Lars Laqerbek açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yığmamıza və Almaniya millisinə qarşı keçirəcəkləri oyunlar haqda danışıb.

Onun fikrincə, cari seçmə mərhələdə uğursuz çıxışa görə ümidsizliyə qapılmaq olmaz: "Qrupda nəticələrimiz xoşagələn olmasa da, vəziyyətimizi yaxşılaşdıra bilərik. Bunun üçün qalan oyunlarda qalib gəlməyimiz lazımdı. Futbolçular qələbə sayəsində böyüyüb inkişaf edirlər. Şanslarımızın olmadığını bilirik. Azərbaycan və Almaniya ilə matçlara xüsusi əhəmiyyət veririk. Son 3 matçda 2 xal toplasaq, əlbəttə, yaxşı nəticə sayıla bilməz. Üzərimizdə təzyiq olmasa da, yaxşı nəticəyə ümid edirik".

Xatırlıadaq ki, Norveç sentyabrın 1-də millimizlə, bundan 3 gün sonra Bundestimlə üzləşəcək (qol.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31