9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

"Qəbələ” tarixində 600-cü qolu vurub

"Qəbələ” tarixində 600-cü qolu vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu tarixi qol Topaz Premyer Liqasının II turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib.

40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb. Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komandamız Premyer Liqada 409, I dəstədə 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31