Ölkə futbolu
Şahin Diniyev: "Belə oyundan sonra nə isə demək çətindir”
“Belə oyundan sonra nə isə demək çətindir. Həqiqətən də komandamız bu meydanda heç nə yarada bilmədi. Belə meydanlarda hücum etmək çox çətindir. Məqsədimiz oyunu qələbə ilə başa vurmaq idi. Nə sürət var idi, nə də top saxlamaq mümkün idi. Məcbur olurduq ki, uzun ötürmələrdən yararlanaq. Lakin "Zirə" arxada dayandı və bizi əks-hücumlarda yaxaladı. İlk dəfədir ki, komandamızda hər şeydən narazıyam".
Futbolxeber.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Yevlaxda "Zirə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib. Daha sonra 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- "Kəpəz" Gəncədə də belə meydanda oynadığı halda daim rəqiblərinə başağrı olub. Siz isə meydanın durumundan şikayətləndirsiniz...
- Bu gün meydanın pis vəziyyətdə olması bizim əksimizə işləyən amil idi. 3 ildir deyirəm ki, "Kəpəz" kələ-kötür meydanda yaxşı oynaya bilmir. Bugünkü oyunda dediklərim bir daha sübut olundu. Lakin səbəbi bununla əlaqələndirmək istəmirəm. Rəqib üçün də eyni şərtlər mövcud idi. Sadəcə, rəqib oyunu əks-hücumlarda qurdu. Müdafiəni bağladılar. Biz isə xal qazanmaq üçün məcburən açılmalı idik. İrəli atıldıqda isə boşluqlar yaranırdı. İkinci oyundur ki, müdafiə xəttimizin kobud səhvləri var. Hücumları özümüz öz qapımıza təşkil edirik. Müdafiədə etibarlı oynaya bilmirik. Biz kiçik komandayıq. Həm Sergey Çernışev, həm də Dedimar Fereyranın olmaması, birinci hissədə Viktor Oseqeylin zədələnməsi komandamızın potensialını aşağı endirdi.
- "Sumqayıt"la oyundan sonra axmaq səhvləri, bu dəfə meydan amilini səbəb göstərdiniz. Sizə elə gəlmirmi ki, əsl səbəb müdafiədəki anlaşılmaz oyundur? 3 əks-hücum və 3-ü də qol...
- Tam razıyam. Mən müdafiədə çox bərbad oynadığımızı da qeyd etdim. Arxa xətdə o stabilliyi tapa, etibarlı çıxış edə bilmirik. Sadə vəziyyətdə top itiririk. Təzyiqdən top itirmək normaldır. Amma təzyiq olmadığı halda özümüz özümüz üçün heç nədən qol vəziyyətləri yaradırıq. Cinahlarda böyük problemlərimiz var. Komanda ardıcıl 2 oyunda uduzubsa, səbəb yoxdur. Daha doğrusu, səbəb komandanın pis oyunudur. Sadəcə, baş məşqçi kimi deyirəm ki, hücumlar yaratmaq istəyirdik. Amma belə meydanda bu, çox çətindir. Öz səhvlərimizdən uduzmuşuq. Səhvlər məğlubiyyətin açarıdır.
- İki oyuna 2 məğlubiyyətlə üzləşmisiz. Gələcək oyunlardan nə gözləyirsiniz?
- Gələcək oyunlara hazırlaşacağıq. Qarşıda bizi "Neftçi" ilə daha bir çətin oyun gözləyir. Ümid edirəm ki, komandamız vaxt keçdikcə düzəlməyə doğru gedəcək. İrəli baxmaq lazımdır. Başlanğıcdır, heç bir baş məşqçi ev oyununu belə nəticə ilə başa vurmaq istəməz. Həyatın sonu deyil. Hələ 26 tur var. "Kəpəz" kollektiv oynamağı bacaran komandadır. Bunu gələcək oyunlarda görəcəyik.
- "Kəpəz"in ilk pillələrdə olması üçün hansı planlarınız var?
- Plan həmişə var. Lakin hər şeydə reallığa söykənmək lazımdır. Bu gün böyük komandalarla nə transfer bazarında, nə də oyun baxımından mübarizə apara bilmərik. Lakin çalışırıq ki, hər bir oyunda başabaş oynayaq. Bu gün büdcəsi ən az olan komanda bizik. Bunu da səbəb saymıram. Futbol yoxdursa, bunun büdcəyə heç bir dəxli yoxdur. Cəlb etdiyimiz futbolçuların hamısı gənc, perspektivlidirlər. Orta yaş həddi 21-22-dir. Onların hamısının perspektivləri var. Lakin bu gün perspektiv nə azarkeşləri, nə də baş məşqçini maraqlandırır. Hər kəsə nəticə lazımdır. Bununla dayanmalı deyil, axıradək mübarizə aparmalıyıq. Vaxt keçdikcə səhvləri azaldıb, minimuma endirib, maksimum nəticə əldə etmək gücündə olan komandaya çevriləcəyik. Bunu sizə tam əminliklə deyirəm. Gələcəkdə öz oyunumuzu tapacağıq.
sportnet.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























