Ölkə futbolu
Qurban Qurbanov: “Qol vursaq da, arxayınlaşmırıq”
“Bu gün futbolçularımız və azarkeşlərimiz alqışalayiq idilər. Tam nəticəyə oynayan komandamız və yaxşı azarkeşlərimiz var idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
- Oyundan öncə də bildirmişdim ki, “Kopenhagen”ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifdə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki “Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək.
- 90 dəqiqə ərzində cəmi 1 əvəzetməyə əl atdınız. Bu, nə ilə bağlı idi?
- Məncə, hər şey yaxşı gedirdi. Sona yaxın daha yaxşı oynadıq, çox top saxladıq. Sonluq göstərdi ki, dəyişikliyə ehtiyac yoxdur.
- Rəqibin baş məşqçisi “Qarabağ”ın şanslarını yüksək dəyərləndirdi. Bu fikirlə razısınızmı?
- Bu komanda belə hesaba hazırdır. Bilirsiniz ki, “Kopenhagen” “Vardar”la ilk oyunda məğlub olsa da, cavab oyununda böyükhesablı qələbə qazandı. Qol vursaq da, arxayınlaşmırıq. Məncə, şanslar bərabərdir.
- Rəqibi oyundan öncə analiz etmişdiniz. Gözləmədiyiniz nəsə baş verdi?
- Demək olar ki, nəyi düşünmüşdüksə, onun da şahidi olduq. Biz rəqibin oyununu canlı da izləyə bilərdik, amma onlar başqa futbol oynaya bilərdilər. Bu gün rəqibi daha yaxından tanıdıq və düşündüyümüzdən daha artığını gördük.
- Hakim idarəçiliyindən razı qaldınızmı?
- Mən həmişə idarəçilikdən razı qalmışam. Hakimlik çox çətin peşədir. Hər bir hakimə daha rahat oyun idarə etməyi arzulayıram. Onlar meydanda sakit olmalıdırlar ki, yaxşı oyun idarə etsinlər.
- İlk hissədə Şehiç oyuna daha çox qoşulurdu. Bu, sizin tapşırığınız idi?
- Buna hazırlaşmışdıq. Çünki rəqib 2 hücumçu ilə oynayırdı. Buna görə də, Şehiçdən “joker” kimi istifadə edirdik. Ümumən, pis alınmadı. Bu, bizim üçün vacib element idi.
- Dino Ndlovunu çempionat oyununda ehtiyatda saxlayıb, "kopenhagen"lə cavab matçı üçün qorumaq fikriniz var?
- Ndlovunun durumu yaxşıdır. Ciddi problemə oxşamır. Əgər kiçik zədəsi olsa, ona mütləq istirahət verəcəyik. 1-2 günə kiçik zədəsi olan futbolçuların durumuna aydınlıq gələcək.
- Komandanın ən yeni tarix yazmasına bir addım qalıb. Futbolçular arxayınlaşa bilər. Bu baxımdan “Slovan”la oyun “Qarabağ” üçün dərs ola bilərmi?
- Bizim üçün hər oyun və hər bir məğlubiyyət təcrübədir. İldən-ilə komandanın təcrübəsi daha da artır. Sadəcə, bizdə Çempionlar Liqası təcrübəsi yoxdur. Məncə, futbolçular "böyüyüblər", inkişaf ediblər. Cavab oyununa qədər bütün səhvlərimizi analiz etməliyik.
- Çempionlar Liqasının himnini eşitmək Qurban Qurbanov üçün nə deməkdi?
- Mənim üçün məndən daha çox vacib sizlərin eşitməsi oldu. Amma açığı, duyğulandım. Belə bir turnirə addım atmış olduq. Düzdü, Çempionlar Liqasında öncə oynasaq da, bu gün turnirdə mübarizə apardığımızı hiss etdik. Bu himni Azərbaycan xalqına hiss etdirdiyimiz üçün sevinirik.
- Karluş Embalonun “Qarabağ”a transfer olunacağı deyilir. Bu məsələ doğrudur?
- Bir neçə futbolçu ilə danışıq aparırıq. Hətta futbolçuların məxsus olduqları klublara pul da təklif etmişik. Amma əfsuslar olsun ki, hələlik heç nə alınmayıb.
- Matçın sonlarında ehtiyat oyunçuların geyindiyi “nakitka”dan istifadə etdiniz. Səbəb nə idi?
- Dördüncü hakim belə istədi. Komanda ilə oxşar geyimdə olduğumu bildirdi. Ona geyimimin göy rəngdə olduğunu desəm də, fikrini dəyişmədi. Buna görə də, o qədər də xoşlamasam da, “nakitka” geyinməli oldum.
- Növbəti oyunları Olimpiya Stadionunda keçirə bilərsizmi?
- Biz bu stadiona öyrəşmişik. Amma dəqiq bir söz deyə bilmərəm. Bunu gələcək göstərəcək.
- Transferlərlə bağlı çalışmalar nə yerdədi?
- Axtarışlar davam edir. Bir neçə futbolçunun klubuna da transfer pulu təklif etmişik. Əfsuslar olsun ki, hələ alınmır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
15.10.2026
14.10.2026
13.10.2026
























