12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

“Qəbələ” Polşa hazırlığına start verdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” bu gün Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan təmsilçimiz axşam məşqi ilə kifayətlənib.

“Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.

Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya” - “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31