2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Əmrah Çəlikəl: “Biz heç vaxt səfərə turist kimi getmirik” (MÜSAHİBƏ)

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Futbolxeber.az saytına müsahibə verib.

- Belə böyükhesablı qələbə gözləyirdiniz?

- Açığı yox, gözləmirdim. Bu qələbə bizim də üçün sürpriz oldu.

- Yeni transferlərin debütundan razı qaldınız?

- Hamı necə, mən də elə. Təbii ki, razı qaldıq.

- Amma “Qarabağ” yenə də güclənməlidi...

- Qurban müəllim bunu daha yaxşı bilir. Axtarışlarımız davam edir.

- Bugünkü qələbədən sonra Tiflisə turist kimi getməyə dəyər?

- Biz heç vaxt səfərə turist kimi getmirik. Hər kəsə arxayınlaşmağı məsləhət görmürəm. Qarşıda hələ daha bir 90 dəqiqə var.

- Rəşad Sadıqovun zədəsi nə yerdədir?

- Oyun yenicə başa çatıb. Bu barədə məlumatsızıq. Yəqin ki, son durumu sabah biləcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31