2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Maksim Medvedev: “5 qolu “Qəbələ”yə görə vurmadıq”

“5:0-ı biz də gözləmirdik. Rəqibin oyunlarını izləmişdik. Yaxşı komandadır, futbol oynaya bilirlər. Bizə problem yaratmağa qadir idilər. Əlimizdən gələni etdik ki, bu gün qol buraxmayaq. Böyükhesablı qələbəyə özümüz də sevinirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

1 il əvvəl “Qəbələ” də Bakıda “Samtredia”ya 5 qol vurmuşdu. Jurnalistlərdən birinin “bəlkə “Qəbələ”yə görə 5 qol vurdunuz” sualını təcrübəli müdafiəçi belə cavablandırıb:

“Yox, bunun aidiyyatı yoxdu. Oyunda hər şey ola bilərdi. Rəqibi çox yaxşı analiz etmişdik. Demək olar ki, bu gün qapımıza normal zərbə olmadı”.

Medvedev bildirib ki, böyükhesablı qələbəyə baxmayaraq, “Qarabağ”ın oyununu ideal adlandırmaq olmaz:

“Yenə də problemlərimiz var. Anlaşma hələ ki, komandada tam deyil. Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdı. Gələn oyunlarda, məşqlərdə formamızı daha yaxşılaşdıracağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31