4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Heydər Əliyev Kubokuna start verildi

Ötən gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 2-ci "Heydər Əliyev Kuboku"na start verilib. Futbolxeber.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışda ilk turun oyunları keçirilib.
 
Muxtar Respublika Stadionunda keçirilən ilk oyunda yerli “Araz Naxçıvan”la “Mil-Muğan” (İmişli) üz-üzə gəlib.  İlk oyun “Mil-Muğan” klubunun 4-2 hesablı qələbəsi ilə başa çatıb. 
 
Günün ikinci görüşündə “Zaqatala” və MOİK  (Bakı) klubları görüşdülər. MOİK yekunda 1-0 hesablı qələbəni bayram edib. 
 
Qeyd edək ki, ikinci turun oyunları mayın 28-də keçiriləcək. İlk turda qalib gələnlərlə məğlublar öz aralarında üz-üzə gələcək. Əvvəlcə saat 12:00-da MOİK ilə “Mil-Muğan”, saat 17:00-da isə “Zaqatala” ilə “Araz-Naxçıvan” qarşılaşacaq.
 
26 may
 
“Araz Naxçıvan” - “Mil-Muğan” - 2:4
Qollar: Nurlan Novruzov, 53 (p.); İlqar Ələkbərov, 72 - Ruslan Poladov, 14; Nicat Əsgərov, 15 (ö.q); Tofiq Mikayılov, 50(p.); Bayram Əliyev, 56
 
“Zaqatala” – MOİK - 0:1
Qol: Rəhman Musayev, 16 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31