17 Sentyabr 2026, Cümə axşamı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

Azərbaycan Premyer Liqasının oyunlarında dopinq-test tətbiq olunacaq

Bu ildən Azərbaycan Premyer Liqasının oyunlarında futbolçular dopinq-testdən keçəcəklər. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
 
Ş.Hüseynlinin sözlərinə görə, proses Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcək. AMADA rəhbəri prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını desə də, dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını vurğulayıb. Beynəlxalq oyunlara gəldikdə, o, belə məsələlərlə FİFA və UEFA-nın öz dopinq nəzarətçilərinin məşğul olduğunu əlavə edib.
 
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustun ortalarında start veriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30