Ölkə futbolu
Sadıq Sadıqov futbola qayıdır?
Və ya "Neftçi"yə sahib olmaq uğrunda klanların mübarizəsi davam edir
Bir müddətdi ki, kuluarlarda Sadıq Sadıqovun yenidən futbol təsərrüfatına qayıdacağı haqda söhbətlər gəzir/dezinformasiyalar yayılır.
2009-2015-ci illərdə “ağ-qaralar”a rəhbərlik eləmiş Sadıqovun idarəçiliyi müstəqillik dövründə “Neftçi” tarixinin ən zəngin dönəmi sayılır. Azərbaycan futbolunda ilk dəfə Avropa Liqasında qrup mərhələsinə düşən, ardıcıl ölkə çempionluqları, kubokları qazanan “ağ-qaralar”ın 2013-cü ildə enişi başladı. Elə həmin il klubda Müşahidə Şurası yaradılmışdı.
Elşad Nəsirov və Rövnəq Abdullayev klanı arasında “Neftçi”yə sahiblik eləmək uğrunda SOCAR daxilində mübarizə birincilərin qələbəsiylə başa çatmışdı. Daha doğrusu, Abdullayev və “drujinası” öz xoşuyla bu dartışmadan çəkilmişdi.
Müşahidə Şurası formatı yaradılandan isə “Neftçi”nin kuboksuz günləri başladı və bugünədək davam edir.
Yenə kuluarlarda gəzən söhbətlərə görə bu uğursuzluq zolağının müntəzəm və inadla davam eləməsi üçün Abdullayev klanının rolu danılmazdı.
Onlar maraqlıdır ki, bu sistem daim təsdiqini tapsın: “Neftçi”ni ələ almaq istəyirdiniz, buyurun, verdik, indi davam edin uğurlu nəticələrə - bacararsınızsa...”
“Flaqman” üçüncü mövsümdü ki, turnir cədvəlinin ekvatorundan yuxarı qalxa bilmir. Tarixin ən böyük məğlubyyətini də bu dönəmdə aldı (“Qəbələ” – 0:8). Həm nəticələr, həm idarəetmədəki böhranvari situasiya səngimir və belədə yenidən Sadıq Sadıqovun klub rəhbərliyinə qaytarılacağı, onun da öz keçmiş komandasıyla birgə gələcəyi haqda müzakirələr gedir.
Maraq üçün bildirək ki, məhz bu söz-söhbətlərə alternativlər də artıq ortaya atılmaqdadır. Bəzi mənbələrdə qeyd olunur ki, “Səbail” Premyer Liqaya yüksələndə klubun rəhbərliyi Sadıqova həvalə olunacaq.
Güman ki, bunu “şuravilər” əks gediş kimi ediblər. Sadıqovun “Neftçi” gətirilməməsi üçün, dolayısıyla Abdullayev – Nəsirov klanı arasında gözlə görünəyən “Neftçi” dartışmasında iz azdırmaq məqsədiylə ortaya atılmış versiyadı.
Sadıqov “Neftçi”nin sayca 6-cı prezident idi. Həm titul, həm də postunda qalmaq müddətinə görə isə ikinci. O, 8 il 7 ayda klubun muzeyinə 6 titul gətirən Aydın İbrahimovdan geri qalır. Sadıqov “Neftçi”dən gedəndən az sonra - 2015-in sentyabrında Cüdo federasiyasına vitse-prezident təyin edilmişdi. Böhranda olan bu sahəni himayəsinə götürən Rövnəq Abdullayev Sadıqovun cüdoda da uğurlar qazanması üçün “səxavət kisəsinin” ağzını geniş açdı. Beləliklə, Sadıqov obrazında Abdullayev klanına futbolda/idmanda hansısa damğa vurmağa çalışılsa da, böyük pullar hesabına imicin yerində saxlanması üçün heç də az çaba sərf edilmədi.
Sadıqov futbola qayıtmaq istəmədiyini daim və israrla bildirsə də, Abdullayev klanının Nəsirov klanına qarşı kini soyumayıb və müşahidələrimiz hiss edir ki, “Neftçi”nin onların əlindən alınması bağışlanmayacaq.
Elçin Cəlilov, Futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























