Ölkə futbolu
Roman Qriqorçuk: "Bunun bir adı var - möcüzə"
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sport24.az saytına müsahibə verib. Futbolxeber.az” həmin müsahibəni təqdim edir:
- 2015-ci il. Dəqiq xaırlamıram hansı oyundan sonra idi. Ancaq Siz komandaya yeni gəlmişdiniz və “Qəbələ” evdə 0:3 uduzmuşdu. Ünvanınıza səslənən tənqidlərin sayı-hesabı yox idi. Qriqorçuk isə “idarə etmək istədiyim avtomobil bu deyil” cavabını verirdi. Gəlin səhifələri xatırlayaq. Nə dəyişdi, nə alındı?
- “Simurq”la kubok qarşılaşması idi dediyiniz matç. Yaxşı yadımdadı. Tənqidlər? Bu, təbii haldı. Fərq? Fərq böyükdü. Özü də söhbət ardıcıl iki dəfə Avropa Liqasının qrupuna düşməyimizdən getmir. Bu mövsüm biz görmək istədiyim futbolu demək olar ki, tam şəkildə nümayiş etdiririk. Bax, bunu böyük nailiyyətimiz hesab etmək olar! Dəyişdiyimiz də məhz bu amildi. Bəli, bir sıra oyunumuz olub ki, baxımlı, keyfiyyətli futbol sərgiləmişik. Ancaq “Qəbələ”də olduğum müddətdə ən yaxşı oyunumuzu bu il göstəririk.
- Başqa sözlə, “Qəbələ” ancaq artan qrafik cızıb? Yoxsa inkişaf dalğavari gedib: artırmısınız, bir qədər eniş olub, sonra yenə yüksəliş?
- Tam əminliklə deyirəm ki, hazırda sərgilədiyimiz futbol ən baxımlı və keyfiyyətlisidi. Bəli, əvvəllər xeyli sayda baxımlı oyunumuz olub. Bu üslubu dərindən təhlil edirəm və tam bələdəm. Hədəf seçdiyimiz modelə ən yaxın vəziyyətimiz hazırda sərgilədiyimiz oyundu. Dalğa olmayıb, daim artan qrafik cızmışıq.
- “Qafqaz futbolu” - texnika, baxımlı oyun üslubunun təzahürü sayılıb. Razılaşın ki, əvvəlki illərdə komandanız daha çox praqmatik futbol sərgiləyirdi. İndiki vəziyyətdə isə “qırmızı-qaralar” azarkeşlərin zövqünü oxşayan bir ansamblı xatırladır...
- Tamamilə razıyam. Cari mövsümdə bir çox oyunda bunu ortaya qoymuşuq. Ancaq onu da qeyd edim ki, beynimdəki modeli həyata keçirməyə 100 faiz qadir olan futbolçuları almaq olmur. Biz düşündüyümüz üsluba maksimum yaxın olan oyunçuları axtarırıq. Amma bu da faktdı ki, sıralarımıza qatılan hər bir oyunçuya düşünclərimizi qavramaq, havamızı udmaq, ideyalarımızı həyata keçirmək üçün zaman gərəkdi. Kimisi bunu qısa zamanda qavrayır, kimisinə isə daha çox vaxt lazım olur. Bu üzdən də biz səbrli olmalıyıq ki, futbolçu istədiyimizi tam qavrasın və sonra da həyata keçirsin.
- Sirr deyil ki, “Qəbələ”nin builki büdcəsi əvvəlkilərdən daha azdı. Buna baxmayaraq, komandanız daha baxımlı futbol sərgiləyir. Bu, nədi? Həqiqətənmi “pul hər şeyi həll etmir”?
- Demirəm ki, futbolda pul həlledici rolu oynayır. Ancaq başa düşməliyik ki, futbolda pulsuz hərəkət etmək mümkün deyil. Bu başqa məsələ ki, əlindəki vəsaiti düzgün istiqamətə yönəltməyi bacarmalısan. Yaxşı futbol nümayiş etdirmək istəyirsənsə, yaxşı imkanlara sahib olmalısan. Heç vaxt bu qayda ləğv olmayacaq ki, gözəl və baxımlı nəticəni eyni gözəllik və keyfiyyətə sahib futbolçular verir. Komandada keyfiyyətli oyunçular da olmalıdı, rəqabət də. Bəli, biz indi daha baxımlı oynayırıq. Ancaq əvvəlki illərdə komandamızda oynamış hər bir futbolçunu sevirəm. Elə bir mühit yaratmalısan ki, futbolçunun bacarığına uyğun olsun. Bu sintezə nail olursansa, nəticə də gəlir. Çünki futbolçunu nəzərəçarpacaq dərəcədə dəyişmək olduqca çətindi. Hansısa komponentləri yaxşılaşdıra bilərsən, amma kökündən dəyişmək qeyri-mümkündü.
- Bəlkə təvazökarlıq edirsiniz? Bəlkə söhbət maddiyatda deyil, Qriqorçuk özü mütəxəssis kimi artırıb?
- Mən həmişə öyrənməyə meylliyəm. Sizinlə söhbətdən də nələrisə öyrənirəm. Hər şeydən faydalanmaq lazımdı. Əlbəttə, bu illər ərzində xeyli təcrübə toplamışam. Amma deyə bilmərəm ki, indi əvvəllər nəyisə bacarmadığımız nəyisə edirik. Xeyli güc, enerji və zamanımızı ona xərclədik ki, peşəkar mühit yaradaq. Bir çox məqamlarımız oldu ki, onlarla mübarizə aparmalı, korrektə etməli, yandırmalı olduq. Ancaq indi rahat-rahat deyə bilərəm ki, komandamızda peşəkar mühit yaranıb. Bunun başlıca faydası odu ki, futbolçularımız hər gün inkişaf edir. İndi bunu qurmuşuq, təmizləmişik, keyfiyyətli məhsul yaratmışıq. Bunun hesabına da indi biz əvvəlkindən daha sürətli inkişaf edə bilərik.
- Ukrayna və Sovet futbolunun əfsanəvi məşqçisi Valeri Lobanovski haqda danışarkən, yetirmələri onu diktator adlandırır. Roman Qriqorçuk haqda da deyilənlər eynidi – diktator. Ümumiyyətlə, bu, nədi, Ukrayna məşqçilik məktəbinin modeli diktaturadı?
- Valeri Vasilyeviç haqda danışmağım düzgün olmaz. O, həqiqətən dahi mütəxəssis olub və dünya futbol tarixinin ciddi fiqurlarından biridi. Hansısa insanı müzakirəyə çıxarmağa cürət etmək üçün onun işindən xəbərdar olmalısan. Sadəcə, ünsiyyətdə olduğum insanlardan eşitmişəm. Mənə onunla işləmək nəsib olsaydı, daha ətraflı cavab verə bilərdim. Özümə gəlincə... Zənnimcə, barəmdə danışarkən, belə qənaətə gəlmək olmaz ki, bu, birmənalı şəkildə diktatdı. Dəmir qayda? Bəli! Dəmir intizam? Bəli! Oyunda dəmir intizam? Bəli! Ancaq deyək ki, ixtiyarımda olduqca istedadlı futbolçu var və o, bəzən hansısa qoyduğum qaydanı pozur. Buna baxmayaraq, oyunda o, elə bir xarüqələr yaradır ki, insanın ağzı açıq qalır. Belədə, onun hansısa şıltaqlığına göz yumuram. “İncəsənət qurban tələb edir”. Məgər bu, diktatdı? Futbolçularımı dinləməyə hazıram. Əgər onların fikirləri əsaslıdırsa, qərarımı dəyişməyə hazıram. Bu, diktatdı? Yetirmələrimə öz baxış bucağımı izah edirəm, onlara necə oynamalı olduqlarını təklif edirəm. Bunu bəzən sübuta da yetirirəm. Daha sonra soruşuram ki, dediklərimi qəbul edirlərmi? Yalnız müsbət cavab aldıqdan sonra bütün tapşırıqlarımı xırdalığınadək həyata keçirmələrini tələb edirəm. Bu, diktatdı? Gəlin fərqli bir ad qoyaq. Hər halda, tam yüküylə qəbul etsək, bu, diktat deyil. Diktatın hansısa çalarları? Hə, bununla razılaşıram. Yox, gəlin başqa ad qoyaq, bu, 100 faizli diktat deyil.
- Bu suala “Qəbələ”nin baş məşqçisi kimi yox, kənar şəxs kimi cavab verməyinizi xahiş edirəm. “Qəbələ” gümüş medalı təmin edib, “Qəbələ” Azərbaycan kubokunun finalına vəsiqə qazanıb, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Sadaladıqlarım kifayət etmirmi ki, cari mövsümü “Qəbələ” üçün olduqca uğurlu adlandıraq?
- Sizinlə tamamilə razıyam. Həyatda bacardığın hər şeyi etməlisən. Sutkanın 24 saatını təhlil etməlisən. İnsanlarla ünsiyyət qurmalısan ki, daim özünü haqlı sayıb, səhvlərinin üstündən keçməyəsən. Kollektivin maksimal dərəcədə yaxınlaşmasına çalışmalısan. “Qəbələ” ardıcıl 2 mövsüm avrokubokda 4 mərhələ adlayıb, qrupa düşdü. Bunun bir adı var – möcüzə. Sonra? Anlayıram, insan faktoru var. Özüm də beləyəm, insanlara da bir söz deyə bilmərəm. Çünki nəyəsə nail olduqdan sonra insanlar bunu təbii hal kimi qarşılayır. Hə, bundan sonra iştah işə düşür: yaza çıxaq, sonra daha 2 mərhələ adlayaq... Elə bilirsiniz mən bunu istəmirəm? İstəyirəm! Ancaq qrupa düşdükdən sonra başa düşməliyik ki, ordakı rəqiblər futbolun bütün komponentlərində bizdən 10 dəfə üstündülər. Bax, bu real qiyməti verməyi bacarmaq lazımdı. Biz də istəyirik, çox istəyirik. Ancaq elə mərhələlər var ki, orda möcüzə də işləmir. Addım-addım irəliləməliyik. Kubokun finalına çıxmışıq, çempionatda qızıl medallar uğrunda mübarizə aparırıq. Zənnimcə, bütün bunlar nəzərəçarpacaq uğurdu. İnsan təbiəti belədi ki, hansı mərtəbəyə qalxmasından asılı olmayaraq, daha yüksəyə can atır. Ancaq sağlam, soyuq başla təhlilə zərurət var. Emosionallığa yol vermək olmaz. Yanaşma tərzim belədi ki, bacardığımın hamısını edirəm. Hə, bundan sonra nəticəyə baxıram. Biləndən sonra ki, bacardığımızın hamısını etmişik, özümüzü günahlandırmamalıyıq. “Zirə”ylə oyundan sonra uşaqlara da bunu dedim. Bəli, bəzi oyunlar olub ki, nəyisə ən yüksək səviyyədə etməmişik. Ancaq “Zirə”ylə görüşdən sonra futbolçulara “siz əjdahasınız” dedim. Üç dəfə dirəyə vurduğumuz top. Axı, uşaqlar həmin epizodlarda hər şeyi ideal etmişdi. Ona görə də onlara dedim ki, sərgilədiyiniz futbolla fəxr edə bilərsiniz. Bu gün göstərdiyimiz oyundan zövq alıram.
- Əlinizi ürəyiniz üstünə qoyub deyin, növbəti mövsüm “Qəbələ”də qalmaq istəyirsiniz?
- Baxışım belədi ki, nəticə vermək üçün lazım olan mühitdə çalışmaq istəyirəm. Demirəm ki, hansısa ağlasılmaz büdcə olsun. Ancaq bilirəm ki, futbolda tələb olunan minimum olmadısa, heç nəyə nail ola bilməzsən. Bu minimum məlumdu və belədə, nəticəyə oynamaq mümkündü. Ancaq bu yoxdursa, yalnız möcüzəyə bel bağlamalısan. Biz həyatımız boyu möcüzəyə bel bağlayası deyilik ki
- Başqa sözlə, dediyiniz minimum olsa, qalmaq istəyirsiniz?
- Mən komandamı çox, lap çox sevirəm. Sərgilədiyimiz futbolu bəyənirəm. Niyə davam etməyək!? Niyə daha da inkişaf etməyək!? Niyə top-səviyyəyə yüksəlməyək!?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- Berdıyevdən mini master-klass
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- “Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
- "Turan Tovuz" üçüncü pilləyə yüksəldi, Sumqayıtda qalib aşkarlanmadı
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- "Turan Tovuz"dan vacib qələbə
- "Araz-Naxçıvan”dan qələbə
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:39
“Turan Tovuz” “Qəbələ”yə qarşı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Hidayət Heydərov mübarizəyə başlayır
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
21.03.2026
20.03.2026
19.03.2026























