9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

“Qəbələ” ilin idman klubu seçildi

“OlimpSport” jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən 2016-cı ilin ən yaxşıları mükafatlandırılıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Mətbuat Şurasının və “Olimpiya dünyası” qəzetinin dəstəyi ilə baş tutan tədbirdə “Qəbələ” İdman Klubu da mükafatlananlar sırasında yer alıb. Səsvermənin yekunlarına görə “Qəbələ” ilin idman klubu seçilib. 
 
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “OlimpSport” jurnalının baş redaktoru Ramin Allahverdiyev çıxış ediblər. Ardınca qaliblərə mükafatlar təqdim edilib. İlin ən yaxşı klubu mükafatı “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə təqdim olunub.
 
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən də 2016-cı ilin idman klubu seçilib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31