9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi” 1000-i yarıladı

Topaz Premyer Liqasının XVII turunun “İnter”lə səfər qarşılaşması “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Ağ-qaralar” Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub. Yubiley qoluna çilili İqnasio Herrera imza atıb. Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də “Neftçi”nin 1000-i yarılamasında pay sahibi olub.

1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 500-cü səfər qolunu vuran bakılılar buna 351-ci matçda nail olub. “Ağ-qaralar”ın rəqib meydanındakı orta məhsuldarlığı 1,425-ə bərabərdir. Paytaxt təmsilçisi 25 illik tarixə malik çempionatlarda ən çox səfər qolu vuran komandadır (pfl.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31