8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Subotiç “Qəbələ”yə qayıtması ilə bağlı danışdı

İsveçrəli futbolçu Daniel Subotiç “Qəbələ”yə qayıtması ilə bağlı fikirlərini açıqlayıb.
 
Futbolxeber.az-ın məlumatına görə, klub müqavilə imzaladığı 27 yaşlı hücumçuya rəsmi "Facebook" səhifəsindən "hazırsanmı" sualı ünvanlayıb. Futbolçu isə cavab olaraq bu sözləri yazıb: 
 
“Qayıtdığım üçün xoşbəxtəm. Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və  uğurlarım var. Yenidən bu cür böyük klubda çalışmaq imkanı əldə etdiyim üçün şadam. Artıq “Qəbələ” ilə çempion olmaq vaxtıdır. Mən buna hazıram”.
 
Qeyd edək ki, "Qəbələ" Subotiçlə cari mövsümün sonuna kimi müqavilə imzalayıb. Təcrübəli forvard 2013/14 mövsümündə də bu klubda çıxış edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31