1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Banişevskisiz 19 il

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ölümündən 19 il ötür.
 
Futbolxeber.az-ın məlumatına görə, SSRİ yığmasının da şərəfini qorumuş oyunçu 1964-1978-ci illərdə “ağ-qaralar”ın heyətində çıxış edib.
 
1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış "Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə "Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə "Şöhrət ordeni” ilə təltif olunub.
 
Banişevski həmişə “Neftçi”də oynaması ilə fəxr edib: "Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim”.
 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30