21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında

Ağdamın “Qarabağ” klubunun ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb.

Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ardıcıl 15-ci qələbəylə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin ağdamlılar 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün “Rəvan”la matçında top buraxmışdı. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn “Qarabağ” 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülmüşdü. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən ağdamlıları bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan Ağdam klubu öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.

Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. “Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003-05-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “Xəzri” isə 11 ev oyununu quru keçirib.


pfl.az



< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30