30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

“Slovan”ın baş məşqçisi: “Oyun gözlədiyimiz kimi keçdi”

“Oyun gözlədiyimiz kimi keçdi. İlk 15 dəqiqədə hücumda oynadıq. Bundan sonra oyun dəyişdi. Müdafiəyə keçməli olduq”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan Çexiya klubu Bakıdan 1 xalla ayrılıb - 2:2.

Matçdan sonra mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı nəticəni belə şərh edib: “İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol vurmaq şansımız var idi. Onların hamısını dəyərləndirə bilmədik”.

- “Qarabağ” barədə təəssüratlarınız necədi?

- “Qarabağ” çox güclü komandadı. Bunu bilirdik. Bizim üçün ən çətin oyunlardan biri oldu.

- Demək olar ki, bu gün baş məşqçilərin və kapitanların mübarizəsi oldu?

- Bu, tək bir yox, bütün komandanın oyunu idi. Fərqli görüş idi. Bu matçda hər oyunçunun öz gücünü göstərdiyini düşünürəm.

- İkinci hissənin son 25 dəqiqəsində komandanız pressinq tətbiq etdi. Belə təəssürat yaranmışdı ki, 3-cü hissə olsaydı, yenə oynamağa hazır idiniz?

- 3-cü hissə olsaydı, onu da güclə keçirə bilərdik. Amma “Qarabağ” da kombinasiyalı futbol göstərən komandadı. Onlar da 3-cü hissəni oynaya bilərdilər.

- 90 dəqiqə ərzində başınızda papaq var idi. Bu, hansısa inancdan irəli gəlir?

- Papaq həmişə mənimlədi. Baxsanız, onu həmişə geyinirəm. İdman stilinə üstünlük verirəm. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31