1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

“Qəbələ” “Anderlext”lə oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçının hazırlıqlarına başlayıb. Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IV turunun dünən keçirilən səfər oyununda “Neftçi” ilə qarşılaşan (8:0) “qırmızı-qaralar” Belçikanın “Anderlext” klubu görüş üçün məşqlərə bu gün start verib. Günün ilk yarısında baş tutan hazırlıqda futbolçular iki qrupa bölünüblər. “Neftçi” ilə matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə Bakı Olimpiya Stadionunda topla çalışıblar. Sabaha nəzərdə tutulan məşq də iki qrupda keçiriləcək. Birincilər fiziki hazırlıq keçəcəksə, digərləri yaşıl meydanda məşq edəcək.

Xatırladaq ki, “Anderlext” - “Qəbələ” matçı sentyabrın 15-də keçiriləcək. Brüsselin “Konstant van den Stok” stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30