12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

"Kəpəz" - "Zirə" matçında qalmaqal

Topaz Premyer Liqasının IV turu çərçivəsində "Kəpəz" və "Zirə" klubları arasında keçirilən matç zamanı insident yaşanıb. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, insident 51-ci dəqiqədə qonaq komandanın futbolçusu Təmkin Xəlilzadənin Serjinyoya qarşı kobudluğundan sonra başlayıb.

Bu zaman məsələyə hər iki komandanın futbolçuları müdaxilə edib. Ara sakitləşdikdən sonra baş hakim Ramil Diniyev hər iki futbolçuya sarı vərəqə göstərib.

Oyun davam etdirildikdən bir neçə saniyə sonra növbəti insident yaşanıb. Bu dəfə ehtiyat oyunçular skamyasında yer alan Kamal Bayramovun iradları referinin ona sarı vərəqə göstərməsi ilə nəticələnib. Azarkeşlər meydana yad cisimlər atmağa başlayıblar. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev isə Kamal Bayramova yaxınlaşıb. Bu zaman onların arasında gərgin dialoq yaşanıb.

Qeyd edək ki, Şahin Diniyev Ramil Diniyevin əmisidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31