Ölkə futbolu
“Qəbələ” yeni rekorda imza atdı
“Qəbələ” yeni rekorda imza atıb. Futbolxeber.az saytının məlumatəna görə, “Qırmızı-qaralar” Premyer Liqadakı çıxışı tarixində ən böyükhesablı qələbəsini əldə edib. Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə səfər oyununda 8:0 hesabı ilə qalib gələn “Qəbələ” bunadək ən böyük qələbəsini 6 top fərqilə qazanmışdı. 2007-ci ildə noyabrın 11-də səfərdə “Gənclərbirliyi”ni, 2015-ci il oktyabrın 4-də öz meydanında “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub edən “Qəbələ” rekordunu 2 top yaxşılaşdırıb. Bu, komandanın Premyer Liqada 22-ci böyükhesablı qələbəsidir.
I dəstədə 11, Azərbaycan kubokunda 8, Avropa Liqasında 1 dəfə 3 və ya daha çox top fərqilə qalib gələn “Qəbələ” 11 illik tarixində 42-ci dəfə böyük hesabla qələbə əldə edib.
“Qırmızı-qaralar” bütün yarışlardakı ən fərqli qələbə rekordunu da “Neftçi” ilə matçda təkrarlayıb. Belə ki, 2005-ci ildə yaranan komanda 11 illik tarixində 2-ci dəfə 8 top fərqilə qalib gəlib. “Qəbələ” ilk belə uğurunu 11 il öncə, “Göy-Göl” adlandığı vaxt qazanıb. 2005-ci il sentyabrın 21-də, tarixinin ilk rəsmi matçında “Şərur”a 8 cavabsız qol vuran komanda I dəstədə imza atdığı nəticəni 4007 gündən sonra Premyer Liqada da təkrarlayıb.
Bu, həm də “Neftçi” üzərində 2-ci böyükhesablı qələbədir. 2012-ci il martın 11-də rəqibini 4:1 hesabı ilə yenən “Qəbələ” həmin vaxt evdə qalib gəlmişdisə, bu dəfə səfərdə qələbə qazanıb.
“Neftçi”nin qapısına 3 qol vuran Baqali Dabo “Qəbələ”nin tarixinə het-trik müəllifi olan 4-cü futbolçu kimi düşüb. Fransalıya qədər 3 futbolçu müxtəlif turnirlərdə bunu bacarmışdı. Teo Uiks 3 ay öncə UEFA Avropa Liqasında fərqlənmişdisə, Vüsal Qarayev ölkə kubokunun matçında 3 qol vurub.
Dabo çempionatda “Qəbələ”nin ikinci het-trikini gerçəkləşdirib. Bunadək yeganə olan het-trik Fərzad Hatəminin hesabındadır. O, 2008/09 mövsümündə 2-ci turun MOİK-lə oyununda fərqlənmişdi. Bu matç 2008-ci il avqustun 18-də keçirilib. Hər iki het-trik səfərdə qeydə alınıb.
Qurbanov “Qəbələ”nin 39-cu dublunun müəllifi olub. O, bir oyunda 2 top vuran 27-ci futbolçudur. Bunadək 26 oyunçu 38 dubla imza atmışdı.
“Neftçi” ilə qarşılaşma bir neçə yubileylə də əlamətdar olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında 84-cü matçına çıxan “Qəbələ” 40-ci qələbəsini qazanıb. Mütəxəssislə 40-cı səfər matçı 20-ci qələbə ilə nəticələnib.
Ruslan Qurbanov və Petar Franyiç “qırmızı-qara” formada ilk matçlarına çıxıblar. Bunadək 207 futbolçunun xidmətindən yararlanan “Qəbələ”nin heyətində oynayanların sayı 209-a çatıb. Premyer Liqada isə bu rəqəm 193 olub.
Ruslan Qurbanov “Qəbələ”dəki ilk oyununda qol hesabını açıb. Bu matçadək 111 futbolçusu qol vuran komandada 112-ci oyunçu rəqib qapısına yol tapıb. Filip Ozobiç və Vitali Vernidubun da Premyer Liqada qol hesabını açdığını nəzərə alsaq, hər 3 oyunçu çempionatda fərqlənənlərin sayını 85-ə çatdırıb.
“Neftçi” - “Qəbələ” qarşılaşmasında 7-ci top rəqibin avtoqolu sayəsində gerçəkləşib. Jairo Rodrigesin öz qapısına vurduğu qol “qırmızı-qaralar”ın tarixində 13-cü rəqib avtoqoludur. Premyer Liqada isə 9-cu belə qol qeydə alınıb. Jairoya qədər Şəhriyar Rəhimov, Laşa Kasiradze, Kamil Hüseynov, Alves Dos Santos (hamısı AZAL), Aleksandr Malıgin (“Simurq”), Vüqar Bəybalayev (“Bakı”), Namiq Ələsgərov (“Qarabağ”) və Cəmil Hacıyev (“Sumqayıt”) öz qapısına qol vurmuşdu. İlqar İbrahimov (“Şərur”), Osman Umarov (“Şahdağ-2”) və Röyal Həsənov (“Viləş”) I dəstədə, Natiq Qasımov (MOİK) isə Azərbaycan kubokunda avtoqol müəllifi olublar.
“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Premyer Liqada ardıcıl 5-ci matçda qol buraxmayıb. Cari mövsümdə qapısını toxunulmaz saxlayan qolkiper ötən çempionatın son iki matçını da “quru” keçirmişdi. O, sonuncu dəfə mayın 11-də qapısında qol görüb. “Qarabağ”la görüşdə Dani Kintananın dubluna üzülən əlcək sahibi artıq 122 gündür qapısında top görmür. Həmin qarşılaşmada 2-ci qolu 32-ci dəqiqədə buraxan Dmitri 508 dəqiqəlik seriyaya malikdir.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
04.11.2026
03.11.2026
02.11.2026
























