15 Oktyabr 2025, Çərşənbə
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu

Ölkə futbolu

“Qəbələ” “Neftçi” ilə oyunun hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının IV turunun hazırlığına start verib.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “qırmızı-qaralar” vətənə qayıtdıqdan sonra ilk məşqinə çıxıb.

Hazırlıqlarını paytaxtda davam etdirən komanda bu gün Bakı Olimpiya Stadionunda məşq edib. Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular toplu çalışmalara üstünlük verib. “Neftçi” ilə sentyabrın 10-da qarşılaşacaq “Qəbələ” oyunöncəsi son məşqini sabah keçirəcək.

Xatırladaq ki, IV turun “Neftçi” - “Qəbələ” matçı “Əlincə Arena”da baş tutacaq. Sentyabrın 10-da keçiriləcək matç saat 20:00-da başlayacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31