3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Bakı “İnter”inin prezidenti azarkeşlərlə görüşdü

Bakı “İnter”inin prezidenti azarkeşlərlə görüşüb. Futbolxeber.az saytının məlumatına görə, "İnter Arena” stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə Rəşad Qasımov komandaya göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib. Klub prezidenti azarkeşlərlə söhbətində komandanın qarşısında dayanan tapşırıqlar barədə qısa məlumat verib, bütün oyunlarda həmişəki kimi komandanı dəstəkləməyə çağırıb. 

Azarkeş dəstəyinin yüksək səviyyədə saxlanılmasının vacibliyinə toxunan Rəşad Qasımov əlavə edib ki, klub azarkeşlərlə münasibətlərinin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verilməməsinin mühüm məqam olduğunu vurğulayan klub prezidenti bildirib ki, klub rəhbərliyi belə müsbət davranışın bundan sonra da davam etməsi üçün zəruri dəstəyini əsirgəməyəcək.

Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb və sonda azarkeşlərə komandanın ötən mövsüm idman köynəkləri, eləcə də azarkeş köynəkləri hədiyyə edilib (klub saytı)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31