Ölkə futbolu
Prosineçkidən qələbə şərhi: “Çox sevinmək lazım deyil”
"Mənim komandam rəqibdən üstün idi və bunu bugünkü oyun sübut etdi. 90 dəqiqə üstünlük bizdə idi. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüflər olsun ki, qol şanslarından kifayət qədər istifadə edə bilmədik. Diqqətləri qarşıdakı çətin oyuna yönəltmək lazımdır". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin San Marino ilə keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb
- Xeyli sayda qol imkanı boşa verildi. Bunu necə izah edə bilərsiniz?
- Nəyə görə belə olduğunu deyə bilmərəm. Çətin vəziyyətdə Qurbanov qol vurdu, amma asan vəziyyətlərdən istifadə edə bilmədik. Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qələbə qazandıq və tsiklə üç xalla başladıq. Üstünlüyümüzü 90 dəqiqə sübut etdik. Növbəti oyun Norveçə qarşı olacaq.
- Böyük futbolçu olub, böyük klublarda çıxış etmisiniz. Nə vaxtsa Əfran İsmayılov kimi oynamısınız?
- Mən ondan yaxşı oynamışam. Ancaq deməzdim ki, zəif oynadı. Ruslanın qolunda ötürməni o verdi.
- Ramil Şeydayevlə Emin Mahmudovun çıxışını necə dəyərləndirirsiniz?
- Eminlə bağlı danışmışam və bu səbəbdən bu gün ona daha çox şans verdim. Şeydayev də gənc futbolçudur. Hər ikisi az oynadı. Emin yaxşı top saxlayır və açılır. Ötürmələri də yaxşıdır. Ramil isə deyəsən 4-5 dəqiqə oynadı. Amma ümumiyyətlə razı qaldım.
- Qədim zamanlarda Pir adlı sərkərdə vardı. Həmin sərkərdə məğlubiyyətə bərabər qələbələr qazanırdı. Bu qələbni "Pir qələbəsi" adlandırmaq olar?
- Bilirdim ki, bizi çətin oyun gözləyir. Rqib zəif olsa da, azlıqda qalsalar da... Ancaq qələbə qazandıq. Lakin çox sevinmək lazım deyil. Rəqibi azlıqda qalmağa biz məcbur etdik.
- Milli komandanın qol imkanlarını boşa verməsi növbəti oyunlarda əlehinizə işləyə bilər. Bu problemi aradan qaldırmaq üçün nə etmək fikrindəsiniz?
- Bütün oyunlar bizim xeyrimizə 1:0 bitsə, kifayətdir. Ancaq bu fikirlə razıyam. Hücumçu qol hissiyatı ilə doğulmur. Belə olsa, hər kəs İbrahimoviç olardı. Məşqlərdə bunun üzərində işləyəcəyik. Hücumçu doğulanda isə uşaqlıqdan bu hissiyat insanda olur. Bunun üzərində işləmək lazımdır.
- FİFA Dəniz Yılmazın Azərbaycan bayrağı altında oynamasına icazə verib. Bu haqda nə deyə bilərsiniz?
- Dəniz Yılmaz "Bursaspor"da çıxış edir, amma indi zədəlidir. O ümid edirdi ki, Türkiyə millisində çıxış edəcək, amma Fatih Terim onu çağırmadı. Sözsüz ki, bu cür futbolçunun bizim komandada çıxış etməsi sevindiricidir.
- Norveçlə qarşılaşmada qələbəyə söz verirsiniz?
- Sonuncu dəfə Norveçlə oyunda Azərbaycan ən yaxşı çıxışını nümayiş etdirdi. Üstəlik bu oyun səfərdə olub. Növbəti ayda da rəqib eyni komandadır. Ancaq üzərimizdə işləyəcəyik və əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
09:29
U-21 millimiz Şotlandiyaya qarşı
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
30.09.2026
29.09.2026
























