Ölkə futbolu
İşsiz qalan dünya və Avropa çempionumuz
Futbolumuzun hazırkı durumu hamıya məlumdur. Premyer Liqada cəmi 8 komanda qalıb, I Divizionda demək olar ki, bütün klublar AFFA-nın himayəsindədir və cüzi büdcə ilə mövsümü birtəhər yola verirlər, II dəstə ümumiyyətlə yoxdur, Həvəskarlar Liqasından isə danışmağına dəyməz. İldən ilə klubların sayının azalması eyni zamanda futbolumuzdakı işsizlər ordusunun da sayını artırır. Aralarında elələri var ki, onların bekar qalmaları adama daha çox təsir edir. Çünki həmin şəxslər futbolumuzda iz qoyublar, öz uğurları ilə tək ölkə yox, dünya miqyasında tanınıblar. Arif Əsədov da belə azsaylı mütəxəssislərimizdən biridir. Ad-sanı, titulu, PRO kateqoriyası var, amma işsizdir.
Arif Əsədovun futbolçu kimi təqdimata ehtiyacı yoxdur. Qısaca olaraq deyək ki, o, 1971-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola da doğma şəhərində Telman Salahovun rəhbərliyi altında başlayıb. Sonradan Bakıda yerləşən internat təmayüllü futbol məktəbində təhslini davam etdirib. Ardınca isə... Belə demək mümkünsə, tək Azərbaycanın yox, həm də keçmiş SSRİ-nin futbol tarixinə adını qızıl hərflərlə yazdırıb. O, həm dünya, həm də Avropa çempionu olan yeganə azərbaycanlıdır.
“DINAMO" ONU NECƏ OĞURLAMAQ ISTƏDI?
Arif Əsədov “Neftçi"nin heyətində SSRİ çempionatında 1988-ci ildə - 18 yaşında debüt etsə də, futbol ictimaiyyəti onu daha əvvəl tanıyırdı. Özü də təkcə Azərbaycanda deyil, bütün SSRİ-də Arif Əsədovun adı perspektivli gənclərin arasında ilk sıralarda çəkilirdi. Zarafat deyil, Əsədovun da heyətində yer aldığı SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandası dünya və Avropa çempionatlarında “at oynadırdı". 1987-ci ildə onlar Kanadada keçirilən dünya çempionatında birinci, Fransadakı qitə birinciliyində isə ikinci yeri tutmuşdular. Bir il sonra Çexoslovakiyada Avropa çempionu olan heyətin əvəzedilməz üzvlərindən biri Arif Əsədov idi. Bu uğurlardan sonra SSRİ-nin bir neçə komandası onu heyətində görmək istəyirdi. Hətta hərbi xidmət yaşının çatmasından istifadə edən Minsk “Dinamo"su Çexoslovakiyadan qayıdan Əsədovu birbaşa Minskə apararaq onu “qulluq sahibi" etmək niyyətində idi. Amma futbol federasiyamız və “Neftçi" vaxtında işə müdaxilə edərək sumqayıtlı gəncin Bakıdan qaçırılmasına imkan verməmişdi. 19 yaşı olmasına baxmayaraq, Arif Əsədov “Neftçi”nin heyətində mövsümün demək olar bütün oyunlarında iştirak edib, müdafiənin əsas yükünü çiynində daşımışdı. Bunu ilk məşqçisi Telman Salahov və Böyükağa Ağayevin rəhbərliyi altında öyrənsə də, 1985-ci ildə əvəzedici heyətdə daha da püxtələşmişdi. Onun üçün daha dolğun karyeranın alınmasına həmin dövrün mane olduğunu deyənlər az deyil. Çünki futbol respublikamızda bəlkə də sonuncu yerdə gedirdi. Arif kimi gənclərə isə həmin yaş dövründə məhz diqqət lazım idi. Əsədovda SSRİ-nin ən güclü klublarında, sonralarsa Avropada oynamaq üçün lazım olan bütün keyfiyyətlər var idi. Sakit təbiəti, meydanda rəqiblə, oyundaşları ilə rəftarı hamını istər-istəməz ona hörmətlə yanaşmağa məcbur edirdi. Həyatdakı təmkinini və səliqəliliyini meydana da daşıyan futbolçu diqqət mərkəzində olmağı xoşlamadığından oyunlarda əsas fiqurlardan biri olduğunu büruzə vermirdi. Amma əksər vaxt hücumları ya o, başlayır, ya da rəqibin həmlələrini o dayandırırdı. Bu keyfiyyətlərinə görə Arif Əsədov “Neftçi"nin qazandığı uğurlarda böyük pay sahibi olub, sonralar barmaqla sayılası qədər futbolçumuzun çıxış etdiyi Rusiya çempionatının güclülər dəstəsində oynayıb, “Tümen"i kapitan kimi dəfələrlə meydana çıxarıb.
TARIXI AVTOQOL
Təəssüf ki, heç bir futbolçu təsadüfi uğursuzluqlardan sığortalanmayıb. Belə hadisə Arif Əsədovun da başına gəlib. Özü də komandası üçün vacib hesab olunan “qızıl oyun"da. Söhbət 2001-ci ildə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda “Şəmkir"lə keçirilən və çempionluğun müqəddaratını həll edən oyundan gedir. Belə ki, həmin matçın 26-cı dəqiqəsində “Şəmkir"in futbolçusu Vidadi Rzayevin cərimə meydançasına göndərdiyi topu qaytarmaq istəyən Əsədov onu başla öz qapısına göndərmişdi. Sevimli komandaları çempionluğu itirsə də, azarkeşlər ona qarşı kin bəsləməmişdilər. Çünki müdafiəçi həmin azarkeşlərə bir avtoqolun verdiyi kədərdən qat-qat çox sevinc bəxş etmişdi.
DINIYEVIN YAXIN DOSTU
Təcrübəli müdafiəçi “Neftçi"dən sonra “Qarabağ"ın da şərəfini qoruyub. Ağdam təmsilçisinə onu Şahin Diniyev dəvət etmişdi. Bu iki şəxs futbolçu kimi milli komandada çiyin-çiyinə oynayıblar. Yaşda Əsədovdan bir qədər böyük olan Diniyev karyerasını daha erkən bitirdiyindən məşqçiliyə də daha tez başlayıb. “Qarabağ" Diniyevin məşqçi kimi ilk ciddi işi idi. O vaxt Ağdam təmsilçisi “Qarabağ-Azərsun" adlanırdı. Əsədova inanan Diniyev nəinki onu öz komandasına dəvət etdi, hətta kapitanlıq sarğısını da dostuna həvalə etdi. Diniyevin rəhbərliyi altında çempionluğa oynayan Ağdam klubu bu istəyinə çatmasa da, gümüş medallara sahib çıxa bildi. 2005-ci ildə “Gəncə"yə baş məşqçi təyin olunan Şahin müəllim yenə də Əsədovu yanına çığardı və həmin vaxt artıq karyerasının son dönəmlərini yaşayan futbolçu yenə dostundan köməyini əsirgəmədi. Həmin vaxt Gəncə təmsilçisi ilk dövrəni çox uğurlu keçirmiş və qış fasiləsinə 4-cü pillədə yollanmışdı. Lakin fasilədən sonra maddi sıxıntı üzə çıxınca, komanda fəaliyyətini dayandırmışdı. Əsədov da futbolçu karyerasını başa vuraraq məşqçiliyə başlamışdı.
SUMQAYITLI OLSA DA, SUMQAYITDA OYNAMAYIB
Başqa bir məşhur sumqayıtlı Nazim Süleymanov kimi, Arif Əsədov da karyerası ərzində bir dəfə də olsun öz doğma şəhərinin komandasının formasında meydana çıxmayıb. Bu, futbolda nadir hallarda rast gəlinən bir vəziyyətdir. Süleymanov ölkəni erkən tərk edib Rusiyaya yollandığından onu başa düşmək olar. Ancaq maraqlıdır ki, Əsədov karyerasının çox hissəsini Azərbaycanda keçirib. Müsahibələrinin birində Arif müəllim bu məsələyə aydınlıq gətirmişdi: “Təbii ki, mən də çox istərdim ki, Sumqayıt klubunun şərəfini qoruyum. Amma qismət olmadı. Həm də təklif gəlmədi. Çünki mən futbol oynadığım dönəmlərdə Sumqayıt komandaları daim maddi sıxıntılar içində olub, tez-tez məhz pulsuzluq ucbatından dağılıb. Görünür, qismət beləymiş".
ERMƏNILƏR ÜZƏRINDƏ QAZANILAN ILK TARIXI QƏLƏBƏNIN MEMARI
İndi isə qəhrəmanımızın məşqçilik karyerasına da qısaca nəzər salaq. Arif Əsədovun məşqçi kimi ilk iş yeri Azərbaycanın gənclərdən ibarət milli komandası oldu. O, U-19 millisinin baş məşqçisi kimi özünü ən yaxşı tərəfdən göstərib və ən böyük uğurunu da elə həmin zaman qazanıb. Özü də Əsədovun qazandığı uğur sıradan deyildi və birbaşa Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, gənc mütəxəssis çalışdırdığı komandamız Cənubi Kiprdə 19 yaşınadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda mənfur düşmənlərimiz olan erməniləri 2:1 hesabıyla məğlub etmişdi. Bu qələbə müstəqillik qazandıqdan sonra futbolda ermənilər üzərində ilk qələbəmizdir. Bu məsuliyyətin və eyni zamanda şərəfli yükün altından alnı açıq çıxan Əsədov tezliklə məşqçi kimi də öz sözünü deyəcəyini göstərmiş oldu. Hadisələrin sonrakı gedişini də izləsək, Əsədovun öz həmyaşıdları arasında ən uğurlu məşqçi olduğunu görərik.
“NEFTÇI"YƏ 6 ILDƏN SONRA ÇEMPIONLUQ QAZANDIRDI
Yığmada uğur qazandıqdan sonra məşqçi kimi özü haqqında müsbət imic formalaşdıran Əsədov 2010-cu ildə Sadıq Sadıqov tərəfindən “Neftçi"yə baş məşqçi təyin oldundu. O vaxt çoxları Sadıqovu bu seçiminə görə qınadı və səbəb kimi gənc məşqçinin “Neftçi"də işləmək üçün “bişmədiyini" göstərdi. Lakin Arif müəllim o cür düşünən insanların cavabını işi ilə verdi və ilk ilindəcə də komandanya çempionlu qazandırdı. Düzdür, Əsədov paytaxt klubunda 2009/10-cu illər mövsümündən işləməyə başlamışdı. Ancaq nəzərə alaq ki, o, bu posta təyin olunanda artıq, çempionatın “altılıq" mərhələsi gedirdi. Odur ki, Əsədovun məşqçi kimi əsas işi 2010/11-ci illər mövsümündə görünməliydi ki, göründü də. Özü də gənc mütəxəssis “Neftçi"yə bu çempionluğu 6 illik həsrətdən sonra qazandırdı. Lakin çox təəssüf ki, Çempionlar Liqasında Zaqreb “Dinamo"suna məğlubiyyətdən sonra gözlənilmədən postundan getdi. Bəziləri Əsədovun rəhbərlik tərəfindən istefaya göndərildiyini deyərək onları qınadı. Rəhbərlik isə çempion məşqçinin öz istəyi ilə klubdan ayrıldığını bəyan etdi.
ARIF ƏSƏDOV IŞLƏMƏLIDIR!
Əsədov yenidən “Neftçi"yə qayıtdı. Lakin bu mühit o mühit deyildi. Xüsusilə də paytaxt klubunda Müşahidə Şurası yaradıldıqdan sonra futboldankənar insanlarla işləmək çətin idi. 2015-ci ilin iyununda Əsədov “Neftçi"dən ayrıldı və bu günə kimi işsizdir. Lakin bu cür mütəxəssislər işsiz qalmamalı, işləməlidirlər. Fərqi yoxdur, yığmada və yaxud klubda. Ümid edək ki, qısa zamanda dünya və Avropa çempionumuzu yenidən iş başında görəcəyik.
“Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:53
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
02.10.2026
01.10.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























