11 Iyun 2026, Cümə axşamı
“Qarabağ”ın istirahəti başa çatdı
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi

Ölkə futbolu

Antonov “Qəbələ”dən getdi

“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb. Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2015-ci yayından “qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə klubun şərəfini qoruyub. Aleksey “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” İdman Klubu Aleksey Antonova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30