11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

“Zirə”:6 müqavilə, 6 vida

Azərbaycan Premyer Liqasında debüt mövsümünü gümüş medalla başa vuran “Zirə”də heyətlə bağlı işlərə start verilib. Futbolxeber.az saytının məlumatına görə, artıq komandanı tərk edən və yeni müqaviləyə imza atan bəzi futbolçuların adı məlumdur. Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramovla yeni müqavilə imzalanıb. Futbolçuların hər birinin yeni müqaviləsi bir il müddətinədir. Həmçinin, Nelson Bonillanın daha bir il “Zirə”də qalmasına qərar verilib. Komanda hücumçu ilə ötən il 1+1 il şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək, anlaşmanı daha bir illiyə uzadıb.

Komandadan ayrılan futbolçuların da bəzilərinin adları dəqiqləşib. Belə ki, “Zirə” Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezie Mbah, Luis Alberto Diez və Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar davam edir və yaxın günlərdə onlarla bağlı da açıqlama veriləcək (klub saytı).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31