Ölkə futbolu
"Socar Liqası"nın evini hakimlər yıxır! YAZI
Hamı Novruz bayramını qeyd etdiyi bir vaxtda AFFA-nın İntizam Komitəsi iş başındadı. Dünən bu qurumun üzvləri bir araya gələrək I divizionun son turunda baş verən biabırçılıqlara hüquqi qiymət veriblər. Məsələ ondadır ki, I divizionun son turunda baş tutan 8 oyundan 3-də kütləvi dava düşüb. Əslində, vəziyyətin bu həddə çatacağı gözlənilən idi. Çünki I divizionu bəziləri “təcrübə meydanına” çeviriblər. Cari mövsüm I divizionun hər turunda ən azı 1 oyunu izləyirik. Hakimlər elə biabırçı qərarlarla yadda qalırlar ki...Odur ki, etirazların yığılaraq 1 gün partlayacağı gözlənilən idi. Təbii ki, bütün günahı hakimlərin üstünə atmaq fikrindən uzağıq. Komandalar da “mələk” deyillər. Lakin hakimlərin biabırçı qərarları vəziyyəti daha da gərginləşdirir. Adicə bir nümunə. Dünən AFFA-nın rəsmi saytında Intizam Komitəsinin qəbul etdiyi qərarla bağlı yazılıb:
“Şahdağ” - “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid foluna görə meydandan kənarlaşdırıb. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verib və rəqib qol vurub. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib. "Şahdağ" klubunun futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə emosional şəkildə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest olmayıb). "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkib, bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir:
- "Şahdağ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur (maddə 40).
- Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun 4 №-li futbolçusu Ruslan Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur ( maddə 48).
- Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir.
- "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur (maddə 80).
- "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən digər inzibatçı Aqil Sarıyevin adını yazmışdır) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80)...
Göründüyü kimi, “Şahdağ” - “Ağsu” matçının baş hakimi Xəlil Xəlilov qısa bır zamanda 3 kobud səhvlə yadda qalıb. Əvvəlcə qırmızı vərəqə göstərdiyi futbolçunun meydanı tərk etməsini gözləmədən penaltinin yerinə yetirilməsinə icazə verib, daha sonra səhvən 1 futbolçunu meydandan qovub. Üstəlik, inzibatçıların adlarını səhv salıb. Bu, qısa müddətdə olan səhvlərdi. Bir neçə dəqiqə ərzində 3 kobud səhvə yol verən referinin 90 dəqiqə ərzində buraxdığı səhvlər saymaqla bitər?
“Neftçala” - “Turan Tovuz” oyununda düşən davaya görə meydan sahiblərinin üzvü Aqşin Həşimov, “Mil-Muğan” - “Şəmkir” matçındakı qalmaqala görə isə birincilərin futbolçusu Elxan Məmmədov 12 aylıq futboldan uzaqlaşdırılıblar.
Hər 3 qalmaqallı görüşlə bağlı “Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə” meydan sahibi klublar 500 manat cərimə olunublar. Üstəlik, PFL-in baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etməsi qərara alınıb.
Olmazdı ki, meydan sahibləri komandaların oyun zamanı təhlükəsizliyi tam təmin etmədiklərini daha əvvəl üzə çıxarardız? Axı, I divizionda vəziyyətin ürəkaçan olmadığı çoxdan məlum idi. Məgər PFL oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı daha əvvəl müraciət edə bilməzdi? Gərək bu cür biabırçılıq yaşanandan sonra əl-ayağa düşərdiz?
Bütün bunlar ondan irəli gəlir ki, digər ölkələrdən fərqli olaraq bizdə I divizion görüntü xatirinə mövcuddu. Aşağı liqada yarışan komandaların əksərini AFFA maliyyələşdirir və bu səbəbdən də çempionat qeyri-rəsmi olaraq “SOCAR Liqası” adlanır. 16 komandalı çempionatda kimin neçənci yeri tutması elə də önəm daşımır. Onsuz da Premyer Liqaya 1 və ya 2-ci yeri tutan yox, 4 və ya 9-cu yerin sahibləri yüksəlir. Belə olan halda, hakimlərin məhz I divizionda “dəlləklik öyrənmələri” təəccüblü deyil...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
12.11.2026
11.11.2026
10.11.2026
























