5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Digər idman növləri

İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.

Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbindən ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb.

Kişilərdən Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınlardan Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Günel Həsənli (78 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, cüdo yarışları noyabrın 8-10-da baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30