16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Digər idman növləri

Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, 32 ölkədən 369 idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin daha 3 boksçusu qələbə qazanıb.

Elcan Musazadə (50 kq) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb. Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb - 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) də 1/4 final mərhələsindəki döyüşünü xeyrinə bitirib. Boksçumuza Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan Ağakişiyev yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.

Mehran Rəsulov (80 kq) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.

Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər. Onlardan öncə 2 oğlan və 2 qız boksçumuz da bu hüquqa yiyələnib.

Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.

Qeyd edək ki, yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda ertəsi gün yarımfinal görüşləri baş tutacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30