Ölkə futbolu
Elmar Baxşıyev: “Hakimlər bizə bir az fərqli yanaşırlar”
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 9-cu turunda "Sabah"la 2:2 hesablı heç-heçə edib. Futbolxeber.az saytının məlumatına görə, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb:
- Mübarizəli, dinamik oyuna şahidlik etdik. Hər iki komanda oyuna rəng qatırdı. Komandam ilk gündən öz əzmkarlığı və oyun dəst-xətti ilə istədiklərimi yerinə yetirməyə çalışır, 1 xal qazandıq. Rəqibimiz iddialı komandadır. Ona görə də bugünkü 1 xala sevinmək lazımdır.
- Məşqçilər korpusu və ehtiyat oyunçular bərabərlik qoluna çox çılğın şəkildə sevindilər. Bunun səbəbi nə idi?
- Son dəqiqələrdə qol vuran hər komanda belə sevinir. Kimsə sakit qalırsa, öz komandasına qarşı səmimi deyil. Futbolun içində olan emosiyadır.
- Ev oyununuzu "Sabah"ın meydanında keçirmək sizin üçün nə dərəcədə xoşdur?
- Əlbəttə ki, ev yiyəsi kimi rəqibin meydanında oynamağı heç bir məşqçi arzulamaz. İndiki durumda "Bank Respublika Arena" bizim üçün səfər deyil. Çünki biz Bakıda məskunlaşmışıq. Bakıdakı oyunlarda ev və ya səfər o qədər də əhəmiyyət daşımır. Bizim çempionatda o aura yoxdur ki, səfəri hiss edəsən.
- Oyun ərzində sizi daha çox nə narazı salırdı: futbolçuların səhvləri, yoxsa hakimlərin qərarları?
- Suala görə təşəkkür edirəm. Hakimliklə bağlı sualı gözləmirdim. Mən də istərdim ki, bu cür templi oyunda hansısa epizoda 2-3 dəqiqə baxılmasın. Qərarı dərhal vermək daha məqsədəuyğundur. Futbolçular tempi yüksəltmək üçün ortaya iş qoyurlar. Epizoda 5 dəqiqə baxılanda nəbz düşür. Hakimin üzərinə getmək istəməzdim. Çalışırıq ki, onların ədalətinə inanaq. Amma görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar. Bizə təzyiq edən rəqib yox, başqa amillərdir. Komanda olaraq daha güclü olmalıyıq ki, qarşımızda heç bir maneə olmasın.
- Rəqib baş məşqçi bildirdi ki, hakim əlimizdən 3 xalı aldı. Valdas Dambrauskas son dəqiqələrdə verilən foulun yanlış olduğunu dedi. Siz necə düşünürsünüz?
- Həmkarımın fikrinə yox, ümumi cavab vermək istəyirəm. Ad çəkmək istəmirəm, 2-3 komanda var ki, onların danışığına, iddiasına uyğun açıqlamaları göstərirlər. Biz də danışa bilərik. Ötən tur "Neftçi" ilə matçda rəqibin vurduğu qolda ofsayd olduğunu nə siz gördüz, nə mən gördüm, nə də futbol ictimaiyyəti. Oyundan sonra heç nə danışmadıq. Ancaq hakimlərə yüklənsək, düzgün olmaz. Mən də Dambrauskasa cavab olaraq deyim ki, "Sabah"ın qazandığı penalti absurd idi. Bundan başqa matçın sonlarında Stiv Solvet ikinci sarı vərəqəni alıb meydandan qovulmalı idi. Hakimlik barədə az danışsaq, bütün komandalar üçün faydalı olar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:53
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
02.10.2026
01.10.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























