17 Aprel 2026, Cümə
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu
Hacı Əliyev mayor rütbəsi aldı

Ölkə futbolu

AZAL rekordun 1 addımlığında

AZAL klubu ardıcıl 6 ev oyununda qol buraxmır. Futbolxeber.az-ın məlumatına görə, 2015-ci il noyabrın 7-də “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə imza atan paytaxt klubu öz meydanında son qolu Gəncə təmsilçisindən buraxıb. Jülien Ebahın 82-ci dəqiqədə vurduğu topdan sonra 6 komanda “AZAL  Arena”nı qolsuz tərk edib. “Sumqayıt”ı 2, “Xəzər Lənkəran” “Zirə” və “Qarabağ”ı 1 qolla məğlub edən Tərlan Əhmədovun yetirmələri “İnter”lə heç-heçədən sonra “Rəvan”a da qalib gəlib – 1:0. Bununla da evdəki quru seriyasını 6 oyuna və ya 548 dəqiqəyə çatdıran AZAL klub tarixinin rekordunun 1 addımlığınadək irəliləyib. Belə ki, paytaxt təmsilçisi 2007/08 mövsümünün ikinci yarısında öz meydanında keçirdiyi 7 matçda qol buraxmamışdı.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30