14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Tuyqun Nadirov: "İcraiyyə Komitəsinə namizədliyim AFFA üçün də gözlənilməz oldu"

"Klub rəhbərliyi tərəfindən mənim namizədliyim verilib. Seçilməyimlə bağlı nəsə deyə bilmərəm. Çünki hər şey səsvermədə məlum olacaq". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülən "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

T.Nadirov namizədliyinin AFFA üçün də gözlənilməz olduğunu bildirib: "Namizədlərin hamısı hörmətli adamlardır. Hər klubun namizəd vermək hüququ var. Biz öz hüququmuzdan istifadə etmişik. Konfrans iştirakçıları kimə səs versə, o da seçiləcək. Dünən namizədlik vermək üçün son gün idi. Düzü, AFFA üçün də gözlənilməz oldu".

Xatırladaq ki, Tuyqun Nadirov Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 namizəddən biridir. Digər namizədlər qismində Rauf Əliyev (AZAL), Vaqif Sadıqov ("Sumqayıt"), Elşad Nəsirov ("Neftçi") və Qurban Qurbanov (“Qarabağ”) qeydiyyatdan keçib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31