2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Kəpəz” Bakı hazırlığını başa vurdu

Azərbaycan Premyer Liqasının XXIII turunda fevralın 27-də Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı hazırlığını yekunlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, paytaxtda bu gün sonuncu məşqini keçirən komanda sabah Nizami yurduna gələcək.

“Sarı-göylər”in “Sumqayıt” görüşü öncəsi sonuncu hazırlığı matçın keçiriləcəyi şəhər stadionunda olacaq. Məşq saat 16:00-a təyin olunub.  Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Kəpəz”in Bakı hazırlığı itkilərlə keçib. Belə ki, Orxan Əliyev, Xəzər Qəribov, Budaq Nəsirov, Junior Osvaldo zədə, Tərlan Quliyev isə qripə yoluxduğundan məşqləri buraxmaq məcburiyyətində qalıb. Adı çəkilən ilk iki futbolçunun qarşıdakı ev oyununda meydana çıxmayacağı dəqiqdir. Quliyev isə tam sağalıb və səhhətində heç bir problem yoxdur. Nəsirovla Osvaldo Gəncəyə gəlsə də, onların oynayıb-oynamayacağı matç günü bilinəcək. Tibb personalı hər iki yarımmüdafiəçini hazır vəziyyətə gətirmək üçün səylərini davam etdirir (klub saytı).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31