27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Qəbələ”dən 3 qələbə

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda növbəti oyunlarına çıxıb. Futbolxeber.az-ın məlumatına görə, U-19, U-16 və U-15 komandaları növbəti qələbələrini qazanıblar.

U-19 ev oyununda AZAL-a qalib gəlib - 5:0. Bununla da komanda xal hesabını 34-ə çatdırıb. 13 oyun keçirən “Qəbələ” bu qələbədən sonra turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

U-17 15 oyunda 40 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 3 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir.

U-16 ardıcıl 18-ci qələbəsini əldə edib. “Qəbələ” “Zirə”ni 7 cavabsız qolla keçib. Hesabında 54 xal olan komanda 100 faizlik nəticə ilə yarışın lideridir. Xal itirməyən U-15 isə ardıcıl qələbə sayını 25-ə çatdırıb. “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar”ın xal hesabı 75-ə çatıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30