Ölkə futbolu
Təbriz Həsənov ruslar üzərində qələbədən danışdı: “Layiq olsaydılar, milliyə dəvət alardılar"
17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Futbolxeber.az saytına müsahibə verib.
- Rusiyaya qarşı keçirilən ikinci yoxlama oyununda komandanız 1:0 hesablı qələbə qazandı. Görüşlə bağlı nə deyə bilərsiz?
- İlk oyunla müqayisədə bu gün komandamız fərq çox idi. Futbolçular çox əzmkar mübarizə apardılar. Komandanın qələbə istəyi çox idi. Düşünürəm ki, bu gün Rusiya millisindən üstün oyun səgrilədik və qələbəyə layiq idik.
- 1:5-lik məğlubiyyətdən sonra komandanı bugünkü oyuna psixoloji cəhətdən necə hazırladız?
- Ən çox uşaqların psixoloji cəhətdən ruh düşkünlüyü yaşamasınlarında çəkinirdim. Biz məşqçilər belə vəziyyətdən çıxa bilirik. Amma bu, futbolçulara pis təsir edir. Ötən oyunu hərtərəfli təhlil etdik və komandaya səhvlərini başa saldıq. Onlar da deyilənlər nəticə çmıxarmışdılar. İlk qarşılaşmadakı böyükhesablı məğlubiyyətin səbəbi adi səhvlər idi.
- Bu gün komanda fasilədən sonra daha istəkli görünürdü...
- Nəzərə almaq lazımdı ki, rəqib də güclüdü. Rusiya milisi də meydana qələbə əzmi ilə çıxmışdı və qalib gəlmək istəyirdilər. Lakin biz bu gün daha yaxşı oynadıq və sonda da istədiyimiz qolu vurduq.
- “Qarabağ”ın 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Samir Musayev mətbuata açıqlamasında sizdən gileylənib. Musayev qeyd edib ki, komandasında millidə oynamağa layiqolan bir neçə futbolçu var. Buna münasibətiniz necədi?
- Mən həmin futbolçuları daha əvvəl təlim-məşq toplanışına dəvət etmişəm. Futbolçular haqqında pis söz deyə bilmərəm. Lakin layiq olsaydılar, milliyə dəvətə alardılar.
- Ötən oyunla müqayisədə nəticəyə təsir baxımından bu dəfə ən çox nəyi qeyd edərdiniz?
- İlk oyundakı yenilgidə həyəcanın da rolu oldu. Rusiyaya qarşı ötən oyunda stadion komandamızı təzyiq altında saxlayırdı. İlk dəfə idi ki, uşaqlar bu cür stadionda oynayırdılar. Həm də doğma divar amilini qabardardım. Çünki futbolçuların oyununa valideyinləri, qohumları dostları izləyir. Ona görə də hamı qeyri-adi nə isə göstərməyə çalışırdı, buna görə də bizdə intizam yox idi. Fikrimcə, biz bu meydançada daha çox oyun keçirməliyik ki, futbolçular üzərlərindən təzyiqi atsınlar.
- Rusiyadan ilk oyunda alınan böyükhesablı yenilgidən sonra artıq “millimiz Avropa çempionatında fiaskoya uğrayacaq” fikri formalaşmışdı. Bu gün həmin fikirlər alt-üst oldu?
- Mütəxəssilərin hərəsi bir söz deyir. Özünüz də qeyd etdiz ki, Samir Musayev gileylənir. Halubki mən çalışıram ki, milli komandaya ən güclüləri dəvət edim, onlar da buradadı.
- İlk matçda olduğu kimi bu gün də komanda uzun ötürmələr zamanı problem yaşayırdı...
- Azərbaycan futbolunda 2-ci mərtəbə problemi var. Ötən oyunla müqayisədə bu dəfə uzun ötürmələrdən az istifadə edirdik.
- Həm də keçən oyunla müqayisədə bu dəfə qapı xəttində dəyişiklik etmişdiz. Murad Popovdan fərqli, Kamran İbrahimov qapısını toxunulmaz saxladı. Düşünmək olar ki, Ukraynaya qarşı baş tutacaq matçlarda da İbrahimova şans verəcəksiz?
- Qapıçı elədi ki, şansını dəyərləndirir, sonra isə yerini möhkəmləndirir. Əvvəl Popov yaxşı oyun nümayiş etdirmişdi. Bu gün Kamran da şansını yaxşı dəyərləndirdi.
- Rusiyaya qarşı keçirilən 2 oyundan sonra komandanı Avropa çempionatına nə dərəcədə hazır saymaq olar?
- Hələ ki, tam hazır deyilik. Komandaya 1-2 yeni futbolçu da qoşulacaq. Ola bilər qarşıda Ukrayna ilə oyunda yeni futbolçuları sınaqdan keçirdim. Bu gün qalib gəlmişiksə, hər şeyin qaydasında olduğunu düşünə bilmərik. Baş məşqçi olaraq problemləri görürəm və çalışacam ki, final mərhələsinə kimi bunları aradan qaldıraq.
- Rusiyaya qarşı oynayamayan türkiyəli futbolçular Ukrayna ilə matçda düşərgədə olacaqlar?
- Həm Doğukan Öksüz, həm də Murat Cem Akpınar “Trabzonspor”da çıxış edir. Onların çempionatda vacib oyunları var. Komanda çempionluq uğrunda mübarizə apardığından futbolçuların bir müddət klubun düşərgəsində qalmasını xahiş etdilər və biz də razılaşdıq.
- “Trabzonspor”un daha iki futbolçusu ilə danışıqlar aparmağınız düzgün xəbərdi?
- Bu məsələdən xəbərsizəm. Futbolçuları mən seçib, milliyə dəvət edirəm. Amma mən heç kimi çağırmamışam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























