Ölkə futbolu
Şahin Diniyev: “Sona kimi ilk “dördlük”də qalmaq üçün vuruşacağıq”
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.
- Ötən həftə səhhətinizdə problem yaşanmışdı. Hazırda özünüzü necə hiss edirsiniz?
- Hazırda özümü yaxşı hiss edirəm. Artıq hər şey qaydasındadı.
- III dövrənin ilk oyununda “Qəbələ” üzərində 3:0 hesablı qələbə qazanan “Kəpəz” meydanda çox istəkli görünürdü. Komandanızın xüsusi motivasiyası nədən qaynaqlanırdı?
- Komandanın motivasiyanın olması üçün güc vacibdi. Daha əvvəl də demişdim ki, yaxşı hazırlıq keçmişik. Xüsusən də fiziki planda. Qalırdı planlarımızı meydanda həyata keçirmək. Uşaqlar da sağ olsunlar ki, bunun öhdəsindən gəldilər. Uğur qazanmaq üçün rəqibdən daha çox qaçmaq, meydanın hər qarışı uğrunda mübarizə aparmaq və ikili mübarizələrdən qalib ayrılmaq lazım idi. Komanda qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirdi.
- Səhhətinizdə yaranan problemlə görə komandadan ayrı düşsəniz də, son anda özünüzü Gəncəyə çatdırdınız. Bu məqamın da yəqin ki, futbolçularınızın əhval-ruhiyyəsinə müsbət təsir edib...
- Ola bilər ki, bu da təsir etsin. Komandamızda yer alan futbolçuların hamısı işinin peşəkarıdı. Ümumiyyətlə, hazırlıq müddətində komandanın durumuna baxırdım. Əvvəldən də demişdim ki, “Qəbələ” ilə oyunda başqa “Kəpəz” görəcəksiniz. Şadam ki, fikrimdə yanılmadım. Proqnozum özünü doğrultdu. Komanda məhz “Qəbələ” ilə oyunda formasının pik nöqtəsinə çatdı.
- Oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriçqorçuk, eləcə də bəzi futbolçular meydançanın durumundan şikayətləndilər. Onların bu fikrinə münasibətiniz necədir?
- Mən Qriqorçukun və ya “Qəbələ” futbolçularının dediklərinə cavab vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər iki komanda eyni şəraitdə mübarizə aparırdı. Mən də istəyirəm ki, meydançanın durumu ideal olsun. Çünki “Kəpəz” də topla oynamağı sevən komandadı.
- Əvvəlki oyunlarda qazanılan qələbəyə görə klub rəhbərliyi “Kəpəz”ə 10 min manat mükafat verirdi. Sirr deyilsə, “Qəbələ” üzərindəki qələbəyə görə nə qədər mükafat aldınız?
- Həmin qələbəyə görə mükafat almamışıq. Bununla bağlı klub rəhbərliyi tərəfindən hər hansı söz deyilməyib. Amma biz bunu problem hesab etmirik. Çünki hazırda maddi durumu bilirik. “Kəpəz” hazırda hər hansı mükafat, hədiyyə haqda yox, uğurlu nəticə qazanmaq barədə düşünür.
- Qış fasiləsində heyətə qatdığınız Namiq Ələsgərovun rəsmi debütunu necə dəyərləndirirsiz?
- Namiq komandaya hələ tam adaptasiya olmayıb. Zamanla daha çox faydalı olacağına inanıram. Hazırda uyğunlaşma baxımından hər hansı bir problem yaşamır. Komandaya oturuşa bilib, ilk oyununda qol da vurdu. Həm müdafiədə, həm də hücumda komandaya kömək edirdi.
- III dövrə başlamamışdan öncə qeyd etmişdiz ki, “Kəpəz”in əsas problemi cinahlardadı. İlk oyuna əsasən bu problemi aradan qaldırdığınızı söyləmək mümkündür?
- Bir cinahda Namiq Ələsgərov, digərində isə Tural Rzayev çıxış etdi. Hər ikisi gənc futbolçudu və ilk oyunda pis təsir bağışlamadılar. Növbəti oyunlarda problemi tam həll edib-etmədiyimiz görünəcək.
- Bir müddət sınadığınız Vladimir Korobkanı geri göndərməyinizə səbəb nə oldu: bəyənmədiniz, yoxsa məsələ maddi durumla bağlı idi?
- Onun oyunu məni tam qane etmədi. Tural Rzayevdən güclü deyildi. Mənə ona kifayət qədər şans verdim. Lakin istədiyimi ala bilmədim. Legioner futbolçu seçimində diqqətli olmalıyıq. Korobka yerli oyunçu olsaydı, onu gözüyumulu komandaya götürərdim.
- Qarşıdan AZAL-la oyun gəlir. “Qəbələ”yə qarşı göstərilən oyunun davamını fevralın 7-də görə biləcəyik?
- Çətin sualdı. AZAL-la oyun “Qəbələ”yə qarşı keçirdiyimiz matçdan da çətin olacaq. Çünki eyni oyunu göstərmək asan məsələ deyil. Amma biz yenə də inamlı oyun göstərməyə çalışacağıq. Bu, ən çətin oyunlarımızdan biri olacaq. AZAL da son turda qələbə qazanıb və hazırda komandanın düşərgəsində yüksək əhval ruhiyyə hökm sürür.
- Turnir cədvəlinin üst pillələrində sıxlıqdı. “Kəpəz”i mövsümün sonunda ilk “üçlük”də görə biləcəyik?
- Turnir cədvəlinin yuxarı pillələrində həqiqətən də sıxlıqdı. Məncə, 7 komanda ilk 4 yer uğrunda mübarizə aparacaq. Biz də sona kimi ilk “dördlük”də qalmaq üçün vuruşacağıq.
- Digər iddialı komandalardan fərqli olaraq, “Kəpəz” kubokda mübarizəni dayandırıb. Bunu sizin üçün üstünlük hesab etmək olar?
- Biz əvvəldən də bilirdik ki, 2 cəbhədə vuruşa bilməyəcəyik. Amma onu da deyim ki, kubokda layiq olmadığımız məğlubiyyətlə üzləşdik. Futboldu və irəli baxmaq lazımdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
21:24
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
09.10.2026
08.10.2026
07.10.2026
























