26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

“Qarabağ” - “Tottenham” matçının biletləri satışda

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Tottenham” (İngiltərə) qarşılaşmasının biletləri satışa çıxıb. Futbolxeber.az-ın məlumatına görə, noyabrın 26-da 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşmanın biletlərini adı çəkilən arenanın kassalarından əldə etmək mümkündür.

Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1,2,5,10 AZN üzrə dəyişir. VİP sektor 50 AZN-dir.

“Qarabağ”` Futbol Klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə alsınlar. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.

Qeyd: “Qarabağ” FK Bakı Metropoliten İdarəsinə adıçəkilən qurumun oyun günü  gec bağlanması üçün müraciət edib. Belə də oyun başa çatdıqdan sonra azarkeşlərin metro nəqliyyatından yararlanması mümkün olacaq. 


qarabagh.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31